Məhkəmə qərarları › İş №3(021)-669/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-669/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-669/2023 25.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi baş əmək müfəttişi X12, Barəsində inzibati icraat aparılan X3 iştirakları ilə, 06 oktyabr 1975-ci il tarixdə Bərdə rayonu, Cəyirli kəndində doğulmuş, orta təhsilli, evli, Bərdə rayonu, Cəyirli kəndində yaşayan barəsində inzibati icraat X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 16 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Anar Hafiz oğlunu əmək müqaviləsi bağlamadan işə cəlb etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3.500 ( üç min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X5 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 16 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 izahat verərək bildirmişdir ki, sözügedən qərar ləğv edilməlidir. Belə ki, sözügedən protokol və qərar əsassız yazılıb. Çünki o, Salmanov Anarı işə cəlb etməmişdir. Anar ailəsi ilə birlikdə müvəqqəti sığınacaq kimi yer vermişdir, hərdən onun təsərrüfatında ona köməklik etmişdir. Sonradan Anar arvadını əxlaqsız hərəkətlərinə görə öldürmüşdür. Müstəntiq ondan şahid qismində ifadə almış və nə səbəb elə yazmasını bilməmişdir. müstəntiqin yazdığını oxumamış və imza etmişdir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 16 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraata aparılan X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi baş əmək müfəttişi X16 izahatında bildirdi ki, onlar Yevlax rayon prokurorluğundan daxil olmuş sənədlər əsasında araşdırma aparıb və toplanmış sübutlarla X5 barəsində qərar qəbul etmişlər. Mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan onun dəyişdirilmədən saxlanılmasını və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” Yexlax rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X6 07 fevral 2023-cü il tarixli qərarından müəyyən olunur ki, cinayət işinin başlanılmasına səbəb və əsas 06 sentyabr 1993-ci il təvəllüdlü X13 01 noyabr 2000-ci il təvəllüdlü arvadı X7 Yevlax şəhərində yerləşən Sahib Əliyev adına köhnə internat məktəbində yaşadığı mənzildə təsərrüfat ipi ilə boğaraq qəsdən öldürməsi barədə 19 noyabr 2022-ci il tarixdə saat 06:00 radələrində Yevlax rayon polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış material olmuşdur. İlkin istintaq zamanı müəyyən edilmişdir ki, 06 sentyabr 1993-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, işsiz, Kəlbəcər rayonu Qılınclı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Güloğlular kəndində müvəqqəti yaşayan X17 19 noyabr 2022-ci il tarixdə saat 05 radələrində Yevlax şəhəri, Tahir Əzimov adına orta internat məktəbində yaşadığı mənzildə olarkən arvadı X10 ilə aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı sonuncunu təsərrüfat ipi boğaraq qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Həmin qərarda təqsirləndirilən şəxs X17 ifadəsində qeyd etmişdir ki, “....2022-ci ilin iyun ayında Bərdə rayonu Güloğlular kəndində yerləşən Aftandil adlı şəxsə məxsus fermada iş tapmış və ailəsini də özü ilə birlikdə götürüb fermaya aparmışdır. O, fermada əsasən mal-qaraya nəzarət etmiş və fermada qalmışdır. Fermada işə başladıqdan təxminən 4-5 gün sonra arvadı Nuridə ona ailəyə köməklik etmək üçün işləmək istədiyini bildirmişdir. Həmçinin Nuridə ona “mən alağa gedim, sən də uşaqların yanında qal”-deyə bildirmişdir. O da arvadının işləməsinə icazə vermiş və Nuridə təxminən 2-3 ay alağa gedib işləmişdir...” Bundan başqa həmin iş üzrə şahid qismində dindirilmiş X21 ifadəsində qeyd etmnişdir: “....2022-ci ilin iyun ayında Anar Bərdə rayon Güloğlular kəndində Avtandil adlanan şəxsin fermasında özünə iş tapdığını bildirmiş və öz ailəsi ilə birlikdə Güloğlular kəndinə köçmüşdür. O, Anarı sonuncu dəfə hadisədən təxminən 3-4 ay əvvəl Bərdə rayonunda bazarda görmüşdür. Həmin vaxt Anarla hal-əhval tutmuş, o. Anardan işinin işinin necə olduğunu soruşmuş, Anar isə bildirərək işinin yaxşı olduğunu bildirmişdir. Bundan sonra Anarı görməmişdir.....” İş üzrə şahid qismində ifadfəsi alınmış, hazırda barəsində inzibati icraat aparılan X5 ifadəsində qeyd etmişdir: “Bərdə şəhərində qəssab dükanı vardır. Kəsəcəyi mal heyvanı Bərdə rayonu Güloğlular kəndində yerləşən həyatyanı sahəsində saxlamışdır. Həmin həyatyanı sahəsində mal heyvana qulluq edən şəxslərin yaşaması üçün ev də tikmişdir. X17 öz ailəsi ilə birlikdə 19 iyun 2022-ci il tarixdə həmin evdə yaşayaraq onun mal-heyvanına qulluq etməyə başlamışdır. O, bunun qarşılığında Anara aylıq 330 manat pul vermişdir. Özü də hər gün saat 19 radələrində həmin mal-heyvanlara baxmaq üçün Güloğlular kəndinə getmişdir. İlk əvəllər Anarın arvadı Nuridə Salmanovanı evdə görmüşdür. Amma daha sonralara mal-heyvana baxmaq üçün Anarın yaşadığı evə gedəndə Nuridə evdə olmamışdır. Anar bildirmişdir ki, Nuridə alaq vurmağa ya da bibər toplamağa getmişdir. Anar ilə Nuridə arasında indiyədək hər hansı mübahisəyə şahid olmamışdır. 16 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Güloğlular kəndində malheyvanına baxmaq üçün getmişdir. Həyətə daxil olduqda Anarım uşaqlarını axtardığını görmüşdür. Anardan nə baş verdiyini soruşduqda Nuridənin onu aldadıb alaq vurmağa getmək adı ilə evdən çıxıb Bərdə şəhərində kafedə gedib işlədiyini, özünün də Nuridənin işlədiyi kafeyə gedib həmin vaxt da uşaqları evdə qoyduğunu, lakin geri qayıtdıqda uşaqları evdə tapa bilmədiyini bildirmişdir. Bundan sonra da o, öz istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Nuridənin hazırda xatırlamadığı nömrəsi ilə əlaqədə saxlamış və uşaqlarının evdə olmadığı bildirmişdir. Nuridə isə ona uşaqlarının özündə olduğunu demiş və telefonu söndürmüşdür. O da Nuridənin dediklərini Anara bildirmişdir. Bundan sonra Nuridənin anası Gülnarə və əri Murad onların yanına gəlmişdir. Anar baş verənləri danışmışdır. Bundan sonra Gülnarəgil qızı Nuridə ilə əlaqə saxlamış, daha sonra da DİN-in 102 xidməti ilə əlaqə saxlamışlar. Daha sonra Bərdə RPŞ-dən Gülnarəgilə zəng edilərək Nuridənin polis şöbəsində olduğunu demişlər. Bundan sonra da Anar, Gülnarə və Gülnarənin əri Murad Bərdə RPŞ-yə getmişlər. Həmin vaxt o. Evdə qalmışdır. Təxminən 1 saatdan sonra Gülnarəgil geri qayıtmışlar. Nə baş verdiyini soruşduqda Anar ona Nuridənin evə gəlmək istəmədiyini və uşaqları da götürüb getdiyini bildirmişdir. Bundan sonra da o, Anara artıq mal-heyvanlarına baxmasını istəmədiyini və getməsini istədiyini bildirmişdir. Anar da evdə olan bütün əşyalarını toplayaraq Gülnarə və əri ilə birlikdə getmişdir. Həmin vaxtdan sonra nə Anarla nə Nuridə ilə əlaqə saxlamamışdır. 19 noyabr 2022-ci il tarixdə öyrənmişdir ki, Anar arvadı Nuridə Salmanovanı qətlə yetirmişdir. Onlar Anar və Nuridə həmişə bir birlərinə qarşı mehriban idilər. X20 arasında hər hansı mübahisənin şahid olmamışdır. Onun VÖEN-i var. Fərdi Sahibkar qismində Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmişdir. VÖEN-in **********-dir. Aylıq 100, 50 manat məbləğlərdə sadələşdirilmiş vergi ödəyir. Anar Salmanov ilə arasında heç bir əmək müaviləsi olmamışdır.” Cinayət işinin istintaq materiallarından görünür ki, götürən-fərdi sahibkar X4 (VÖEN: **********) Bərdə rayon Güloğlular kəndində yerləşən fərdi yaşayış evində işçi xx.xx.1993cü X14 19 iyun 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən özünə məxsus mal-heyvanalara qulluq edən çoban kimi işə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər 1000 manatdan 2000 manatadək miqdarda, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda cərimə edilir. Odur ki, götürən-fərdi sahibkar X2 (VÖEN: **********) X14 19 iyun 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Bərdə rayon Güloğlular kəndində yerləşən fərdi yaşayış evində özünə məxsus mal-heyvanalara qulluq edən çoban kimi işə cəlb etməsi ilə bağlı Aftandil Ağamirzəyevin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan Yevlax rayon prokuroru qarşısında məsələ qaldırılmışdır. İş materiallarına əlavə edilmiş “İnbzibati xəta haqqında iş üzrə icraat başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında” 27 fevral 2023-cü il tarixli qərardan müəyyən olunur ki, ünvan 1 ünvanında aktiki yaşayan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamışdır. İş materiallarına əlavə edilmiş bildirişin surətindən görünür ki, barəsində inzibati icraat aparılan X4 barəsində gedən inzibati araşdırılma ilə bağlı məlkumatlandırılmış və həmin bildirişə imza etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional ərazi şöbəsində X4 tərəfindən verilmiş izahatda qeyd edilmişdir ki, o, prokurorluqda olan zaman səhhəti ilə əlaqədar olaraq komyuterdə müstəntiq tərəfindən yazılmış izahatı oxumadan imza etmişdir. Anas Salmanov ona köməklik etmiş və onun işçi olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 16 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.500 ( üç min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən olunmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə müəyyən olundu ki, barəsində inzibati icraat aparılan X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 16 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Lakin, hazırki iş üzrə işin hallarının hərətəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədəcək dərəcədə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən olunmamışdır. Bundan başqa barəsində inzibati icraat aparılan şəxsin məhkəmədə və inzibati orqanda izahat verərkən səhhəti ilə əlaqədar olaraq prokurorluqda müstəntiq tərəfindən yazılmış izahatı oxumadan imza etməsi inandırıcı deyildir. Belə ki, X5 iç materialları ilə, eləcə də müvafiq cinayət işi üzrə həm təqsirləndirilən şəxsin, həm də digər şahidlərin ifadələri ilə təsdiq edilir. Odur ki, hazırki şikayət barəsində məhkəmə qeyd edir ki, həmin şikayəti inzibati icraat aparılan şəxs, inzibati cəriməni ödəməkdən azad olunmaq məqsədilə vermişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 16 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 16 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 16 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdrilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar