Məhkəmə qərarları › İş №3(021)-670/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-670/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-670/2021 09.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ i. Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vafiq oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1973-cü ildə Bərdə rayonu, Mehdixanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bərdə rayonu, Mehdixanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə rayon İcra və probasiya şöbəsində 09 iyun 2021-ci il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki, o, Bərdə rayon Məhkəməsinin 2(021)-515/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli və Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2675/2019 saylı, 01.07.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzürlü səbəbdən icra etməmişdir və nəticədə hər iki iş üzrə cəmi 44497 ABŞ dolları ödənilməmiş pul borcu yaranmışdır. Bununlada İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 izahatında göstərdi ki, Bərdə rayon Məhkəməsinin 2(021)-515/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs və qeyrilərindən müştərək qaydada 13413,24 ABŞ dolları əsas borc, 11755,41 ABŞ dolları faiz borcu, 750 ABŞ dolları cərimə olmaqla, cəmi 25918,65 ABŞ dolları borcun qətnamə icra olunan vaxt Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumu Ləğv prosesində Olan "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bundan başqa Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 2675/2019 saylı, 01.07.2019-cu il tarixli icra sənədi üzrə Şəxs və qeyrilərindən cəmi 18579.5 ABŞ dolları tutularaq "xxxx" KB ASC-ə ödənilməsi qət edilmişdir.Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcu ödəməmiş, nəticədə onun ümumilikdə 44497 ABŞ dolları ödənilməmiş borcu və 50 manat məbləğində dövlət rüsumu ödənilməmiş borcu qalmışdır. Beləliklə, o, icra sənədi üzrə borcunu tam ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hər ay "xxxx"a ödəniş edir. Pandemiya ilə əlaqədar işləmir ona görə də borcunu ödəyə bilmir. Nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Məhkəməsinin 2(021)-515/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs, X6 və X1 müştərək qaydada 13413,24 ABŞ dolları əsas borc, 11755,41 ABŞ dolları faiz borcu, 750 ABŞ dolları cərimə olmaqla, cəmi 25918,65 ABŞ dolları borcun qətnamə icra olunan vaxt Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumu Ləğv prosesində Olan "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2675/2019 saylı, 01.07.2019-cu il tarixli icra sənədi üzrə Şəxs,X2, X11 və X3 17429,42 ABŞ dolları, 1031,76 ABŞ dolları faiz borcu, 118,32 Abş dolları cərimə borcu olmaqla cəmi 18579,5 ABŞ dolları kredit borcunun ödəniş vaxtı manat olan məzənnəsi ilə və 20 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınıb "xxxx" KB ASC-ə verilməsi qət edilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş 09.06.2021-ci il tarixli, MN № ******* protokolda göstərilmişdir ki, Bərdə rayon Məhkəməsinin 2(021)-515/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli icra sənədinə üzrə 25918 ABŞ dolları və Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2675/2019 saylı, 01.07.2019-cu il tarixli icra sənədinə əsasən 18579 ABŞ dolları Şəxs ümumilikdə 44497 ABŞ dolları alınaraq tələbkar "xxxx" ASC-ə və "xxxx" KB ASC-ə ödəməlidir. Bərdə RİPŞ-nin icra məmurunun 09.01.2021-ci il tarixli qərarına əsasən borclu Şəxs barəsində icraat başlanmışdır. Həmin tarixli bildirişin surətindən də görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-515/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli icra sənədindən irəli gələn tələbləri könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün vaxt verilmişdir. Bərdə RİPŞ-nin icra məmurunun 21.10.2019-cu il tarixli qərarına əsasən borclu Şəxs barəsində icraat başlanmışdır. 09.10.2019-cu il tarixli bildirişin surətindən də görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2675/2019 saylı, 01.07.2019-cu il tarixli icra sənədindən irəli gələn tələbləri könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün vaxt verilmişdir. Bərdə RİPŞ-nin icra məmurunun 26.01.2021,09.02.2021, 22.02.2021-ci və 06.04.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-515/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli icra sənədlərindən irəli gələn ötəlikləri, yani icra sənədi üzrə yaranmış pul borcunu könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilməsi, verilən müddət ərzində icranı könüllü icra etmədiyi halda icra tədbirləri məcburi qaydada həyata keçiriləcəyi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, əmlakının üzərinə həbsin qoyulması, tələbin gəlirinə yönələcəyi, məcburi qaydada məhkəməyə gətiriləcəyi, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Bərdə rayon Məhkəməsinin 2(021)-515/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli və Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2675/2019 saylı, 01.07.2019-cu il tarixli icra sənədinə üzrə yaranmış borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə icraata başlanıldığı tarixdən bu günə kimi kifayət qədər uzun müddət (2 il) keçməsinə baxmayaraq, borcunu tam ödəməmiş, ona dəfələrlə xəbərdarlıq edilsə də borcu ödəməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədi üzrə borcun ödənilməməsinə hansısa qərəzsiz münasibətindən söhbət gedə bilməz. Eyni səbəbdən məhkəmə onun icra sənədi üzrə borcunu yaxın gələcəkdə tam qaytaracağını da inandırıcı hesab etmir. Beləliklə, iş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcrа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, borclu uzun müddət (2 il) keçməsinə baxmayaraq, kifayət qədər yüksək məbləğdə olan (25918,65 + 18579.5=44498,15) ABŞ dolları + hər iki iş üzrə 50 manat dövlət rüsumu) borcunu ödəməmişdir. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 10 (on) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 10 (on) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 09 iyun 2021-ci il tаrixdən, sааt 16:20-dən hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib edən şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Surəti: "xxxx" KB ASC-ə (Gəncə şəh. Ş.Hüseynov küç. bina 2) Bərdə Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 3(021)-670/2021 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “05” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar