Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-670/2024 11.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1982-cı il tarixdə Bərdə rayonu Mehdili kəndində doğulmuş, evli, 2-ci dərəcə əlil, orta təhsilli, işsiz, Bərdə rayonu Mehdili kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-201/2023 saylı 16 may 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 3 uşaq üçün hər ay cəmi 360 manat aliment tələbkar X2 xeyrinə ödəməlidir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 göstərdi ki, Bərdə rayon Məhkəməsinin 2(021)-201/2023 saylı 16 may 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 3 uşaq üçün hər ay cəmi 360 manat aliment tələbkar X2 xeyrinə ödəməlidir. Borcluya dəfələrlə xəbərdarlıq edilsə də icra sənədini icra etməmişdir. Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, borcu ödəməkdən yayınmır. İşsizdir. 2-ci dərəcə əlildir. Maddi vəziyyətini və əlil olduğunu nəzərə alaraq məhkəmədən işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil göstərdi ki, Şəxs işsiz olduğunu, maddi vəziyyətini və əlil olduğunu nəzərə alaraq məhkəmədən işinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi ərazi X1 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin verdiyi arayışdan görünür ki, Şəxs Bərdə Rayon Mərkəzi X4 şəxsin Poliklinika Şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatdadır. 2-ci dərəcə əlildir. Oliqofreniya debillik dərəcəsində nitq qüsuru ilə xx.xx.2002-ci il tarixdən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İnzibati Dairəsi üzrə nümayəndəliyinin 269 nömrəli 07 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Şəxs Bərdə rayonu, Mehdili kəndində yaşayır.Mehdili kəndində onun adına həyatyani torpaq sahəsi və fərdi yaşayış evi, pay torpağı,iribuynuzlu və xırdabuynuzlu malqarası yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 130949/04 nömrəli arayışdan görünür ki, Şəxs Bərdə rayon Məhkəməsinin 2(021)-201 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən 3 uşağın saxlanması üçün hər ay 360 manatdan aliment ödənilməsi barədə icra işi var. Şəxs hər ay 154 manatdan aliment ödənişləri edir (512 manat ödənilib), hal hazırda 5568 manat aliment borcu vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Belə ki, onun icra sənədininin icrasına qərəzli münasibəti müəyyən olunmur, yeganə qazanc yeri olan əlillik müavinatına icra qaydasında yönləndirmə aparılmaqla hər ay 70 (yetmiş) faiz həcmində tutulma aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmır. Belə ki, Şəxs iş materiallarından da görünür ki, əlildir və işsizdir. Bu faktlar icra məmuru və tələbkarın izahatında da məhkəmə iclas zalında öz təsdiqini tapmışdır. Bundan başqa iş materiallarından da görünür ki, Şəxs əməlində qərəzlilik kimi halları müşahidə etmir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-670/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-670/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver