Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-673/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə xx xxxxxx 1994-cü ildə Bərdə rayonu Gülgəzli kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Gülgəzli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Hətəmov X6 Rayon Məhkəməsinin 2(008)- 702/2020 saylı 03.09.2020-ci il tarixli icra vərəqəsinə əsasən X3 3060 manat aliment pulu ödəməli olduğu halda icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən bir uşağın saxlanılması üçün Şəbnəm Hətəmovaya hər ay 170 manat aliment ödəməlidir. Hazırda onun 3060 manat aliment borcu vardır. Qeyd olunan borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Borcunu hissə-hissə ödəyə bilər. Axtarışda olduğundan 10 iyun 2021-ci ildə saat 0900 radələrində polis əməkdaşları onu saxlayaraq Bərdə rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 göstərmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1 uşağın saxlanılması üçün hər ay 170 manat aliment alınaraq X8 qızına verilməlidir. İcra sənədi onun icraatındadır. Hazırkı vaxtadək Şəxs 3060 manat aliment borcu vardır. Sonuncu borcunu ödəmədiyindən və onun çağırışlarına gəlmədiyindən barəsində axtarış barədə qərar qəbul etmiş, sonuncu 10 iyun 2021-ci ildə saat 0900 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borclunun onun qanuni tələblərinə tabe olmadığını, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etmədiyini qeyd edərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(008)-702/2020 saylı icra vərəqəsinin surətindən müəyyən olunur ki, cavabdeh Şəxs 23.02.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı və icra məmurunin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 10 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Sabunçu Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli 2(008)-702/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs bir uşağın saxlanılması üçün tələbkar Şəbnəm Hətəmovaya hər ay 170 manat aliment ödəməli olduğu halda, borclunu ödəməmiş, 3060 manat borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 10 iyun 2021-ci ildə saat 0900-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 10 iyun 2021-ci il tarixdən saat 0900-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 528.1, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 10 iyun 2021-ci il tarixdən saat 0900-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-673/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-673/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver