Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-673/2023 30.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 iştirakı ilə, xx xxxxx 1983-cü ildə Bərdə rayonu Mehdili kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Mehdili kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 29 mart 2023-cü il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində xidməti vəzifəsini icra edən polis əməkdaşlarının ünvanına nalayiq sözlər işlədərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilmədi və izahat verib bildirdi ki, 27 mart 2023-cü il tarixdə qardaşı yaşadığı Bərdə rayonu Mehdili kəndində avtomobil idarə edərkən Bərdə RPŞ DYPB YPX-nin əməkdaşları onu saxlamaq istəmiş, lakin qardaşı maşını saxlamayaraq getmişdir. 29 mart 2023-cü il tarixdə polis əməkdaşları ona zəng edərək qardaşının işinin həll edilməsi üçün Bərdə RPŞ DYPB YPX-nin inzibati binasına gəlməsini bildirmişdir. Həmin gün özünə məxsus avtomobillə Bərdə RPŞ DYPB-nə gəlmiş, avtomobilində ailə üzvləri olmuşdur. Polis əməkdaşları ilə söhbət edərkən onlar qardaşının heyfini ondan alacaqlarını bildirmiş və onu saxlayaraq Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X5 göstərdi ki, 29 mart 2023-cü il tarixdə Şəxs Bərdə RPŞ DYPB YPX-nin əməkdaşları ilə mübahisə edərək onların ünvanına nalayiq sözlər işlədərək qəsdən qanuni tələblərinə tabe olmadığına görə saxlanılmış və 30 mart 2023-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ DYPB YPX-nin inspektoru X3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində DYPB-nin inzibati binasının qarşısında YPX-nin inspektoru Nahid Aşuralıyev ilə xidmətdə olarkən Şəxs onlara yaxınlaşaraq aqressiv şəkildə ünvanlarına nalayiq küçə ifadələri işlədərək onların kəndində nə üçün reyd keçirdiklərini və onları yaşamağa qoymadıqlarını bildirmişdir. Şəxs nizam-intizama dəvət edərək xidməti fəaliyyətlərinə mane olmaması barədə xəbərdarlıq etsələr də, onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmiş və təkrar özündən çıxaraq uca səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxs nizam-intizama dəvət edərək İXM-nin 510-cu maddəsinin tələblərini pozduğu üçün Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Sonuncu onların qanuni tələblərinə tabe olmayaraq onlara qarşı əl-qol hərəkətləri edərək həmin ərazidən qaçaraq uzaqlaşmaq istəmişdir. Onlar Şəxs tutaraq polis şöbəsinə gətirilməsini təmin etmişlər. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X2 və şahidin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 30 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokolla və yuxarıda qeyd edilən digər sübutlarla təsdiq edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. İXM-nin: 34.3-cü maddəsinə görə, səxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini əldə rəhbər tutub məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-673/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-673/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver