Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-674/2023 30.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bərdə rayonu Kolayır kəndində doğulmuş, orta təhsilli, Kolayır kənd musiqi məktəbində müəllim vəzifəsində işləyən, evli, Bərdə rayonu Kolayır kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 mart 2023-cü il tarixdə Bərdə rayonu Kolayır kəndində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 izahatında göstərdi ki, 29 mart 2023-cü il tarixdə Bərdə rayonu Kolayır kəndində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, 29 mart 2023-cü il tarixdə gecə saat 23:30 radələrində Bərdə rayonu Kolayır kəndində Bərdə rayon X5 Təhqiqat Bölməsinin polis sahə rəisi, polis kapitanı Təbriz Xavəri ilə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və şəxsiyyətini müəyyən etmək üçün şəxsiyyəti təsdiq edən sənədini təqdim etməsini bildirmişlər. Həmin şəxs onlara qarşı aqressiv şəkildə cavab verərək “siz kimsiz ki, məndən sənəd istəyirsiz” deyərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etsələrdə həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, 29 mart 2023-cü il tarixdə gecə saat 23:30 radələrində Bərdə rayonu Kolayır kəndində Bərdə rayon X5 Təhqiqat Bölməsinin polis sahə rəisi, polis serjantı Xaliq Mikayılzadə ilə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və şəxsiyyətini müəyyən etmək üçün şəxsiyyəti təsdiq edən sənədini təqdim etməsini bildirmişlər. Həmin şəxs onlara qarşı aqressiv şəkildə cavab verərək “siz kimsiz ki, məndən sənəd istəyirsiz” deyərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etsələrdə həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 29 mart 2023-cü il tarixdə gecə saat 23:30 radələrində Bərdə rayonu Kolayır kəndində özünə məxsus “Vaz 21011 minik” markalı avtomobilə əyləşən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdilər və ondan şəxsiyyətini təsdiq edən sənəti istədilər. O isə şəxsiyyət vəsiqəsinin üstündə olmadığını bildirmişdir. Biraz gec olduğu üçün qorxmuş və evini səhv göstərərk yalan danışmışdır. Səhvi bundan ibarət olmuşdur. Səhvini başa düşüb. Hüç bir polis əməkdaşını təhqir etməmiş, müqavimət göstərməmişdir. 20 ildən çoxdur ki, musiqi məktəbində müəllim işləyir. Əməlindən səmimi peşmandır. Məhkəmədən yüngül tənbeh tədbiri tətbiq etməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş protokol qismən qanuni hesab edilməlidir. Belə ki, məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla, şahid ifadəsi ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətə cəlb edilməklə barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin məhkəmə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətinin olmadığı qənaətinə gələrək həmin hissədə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki iş materiallarında və eləcə də protokol tərtib etmiş səlahiyyətləri orqanın nümayəndəsi və iş üzrə şahidlər məhkəmə iclas zalında barəsində inzibati icraat aparılan Şəxs əməlində polisin hansı qanuni tələbinə əməl etməməsini, onlara qarşı hansı tabesizlik və müqavimət göstərməsini əsaslandıra bilmədilər və yalnız “polisə hörmətsizlik” etməklə kifayətləndilər. Halbuki barəsində inzibati icraat aparılan Şəxs özü və digər polis əməkdaşları da bildirdilər ki, şəxs ünvanını səhv olaraq bildirmişdir. Şəxs yaşadığı ev onun saxlanıldığı yerdən təxminən 300-400 metr məsafədədir. Məhkəmə həmin hərəkətlərin polisin qanuni tələblərinə tabe olmamaq kimi qiymətləndirilməsini məqsədəmüvafiq və qanuni hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəyə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun uzun müddət müəllim işləməsini və onun təqsirinin dərəcəsini, məhkəmə iclas zalında əməlini səmimi etiraf etməsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 50 (əlli) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Barəsində inzibati icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə və Bərdə rayon Polis Şöbəsinə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-674/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-674/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver