Məhkəmə qərarları › İş №3(021)-678/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-678/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-678/2023 03.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ-13083803 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ-13083803 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan X3 məhkəməyə şikayət verərək barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ-13083803 nömrəli elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ-13083803 nömrəli elektron qərarından verilmiş şikayət qanunla müəyyən edilmiş şikayət müddəti X3 tərəfindən üzürsüz səbəbdən buraxılmışdır və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə müvafiq qərardadla şikayətçi X2 geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 qərardan şikayət vermə müddətini buraxmasının üzrlü səbəbləri barədə şikayət ərizəsinə sübut əlavə etməmiş və şikayət müddətini ötürməsi ilə bağlı məhkəməyə buraxılmış prosessual müddətinə bərpasına dair vəsatət (ərizə) təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Bundan başqa X3 tərəfindən şikayət verilərkən ərazi aidiyyat qaydası da pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta X6 yolunun 2-ci kilomterliyində törədilmişdir. Bu isə inzibati xəta hadisəsinin Yevlax rayonu ərazisində baş verməsinə dəlalət edir. Bundan başqa şikayət verən şəxs X1 rayonu, N.Nərimanov küçəsi 32 ünvanında yaşayır. Lakin, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri üzrə verilir. Buna görə məhkəmə hesab edir ki, şikayət verən şəxs inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi ilə bağlı ərazi aidiyyəti qaydasında yaşayış yeri üzrə Yevlax rayon Məhkəməsinə müraciət etməlidir. Belə ki, İXM-nin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərardan şikayət vermə müddəti şikayət verən şəxs X3 tərəfindən üzürsüz səbəblərdən buraxılmış, həmçinin adı çəkilən şəxs tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Həmçinin şikayət şəxsin yaşayış yeri üzrə verilməmişdir. Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ-13083803 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar