Məhkəmə qərarları › İş №3(021)-68/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-68/2021

23.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-68/2021 23.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X3 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs X8 iştirakı ilə xx xxxx 1989-cu ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, Bərdə şəhəri, Ə.Ədilov küçəsi ev 94-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 31.07.2020-ci il tarixdə Bərdə rayonu, Böyük Göyüşlü kəndində Nuru Abışovu aldadaraq soyuducu düzəldəcəyini vəd edərək 70 manat pulunu alaraq talamışdır. Bundan başqa Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 sentyabr 2020-ci il tarixdə Bərdə şəhəri, Nizami küçəsi 51-də yaşayan X6 aldadaraq paltaryuyan düzəltmək adı ilə 100 manat pulunu talamışdır. Bundan başqa Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 avqust 2020-ci il tarixdə Bərdə rayonu Lənbəran kənd sakini X1 təmir etmək məqsədilə 200 manat pulunu ələ keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Amil adlı soyuducu ustasının yanında köməkçi işləyir. Onun heç bir günahı yoxdur. Nuru Abışovdan soyuducu təmiri üçün 70 manat, Xanımana Sadıqovadan 100 manat, İntiqam Alıyevdən 200 manat pul almamışdır. Pulları usta Amil almış, müştərilərə onun mobil nömrəsini vermişdir. Özü zərərçəkmiş şəxslərdən pul almamışdır. Ona görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 göstərmişdir ki, Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır. Soyuducusu xarab olduğundan təmir etdirmək istəmiş, bu məqsədlə ustaya 70 manat pul vermişdir. Ancaq sonuncu onun soyuducusunu təmir etməmiş, pulunu qaytarmamışdır. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əziz Əzizovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 avqust 2020-ci il tarixli qərarından müəyyən olunur ki, X7 məlumatı əsasında toplanmış HK-1-2497 saylı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə şəhəri, Ə.Ədilov küçəsi ev 94-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin X4 göndərilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əziz Əzizovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 oktyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, X5 məlumatı əsasında toplanmış HK-1-3163 saylı material üzrə cinayət işinin başlanması rəd edilmiş, Bərdə şəhəri, Nizami küçəsi ev 51-də yaşayan X5 23.09.2020-ci il tarixdə paltaryuyan maşınını düzəltmək adı ilə 100 manat pulunu talamış şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın bir surəti şöbənin X4 verilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Röyal Ağayevin cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 avqust 2020-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-2531 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 04.08.2020-ci il tarixdə Bərdə rayonu Lənbəran kəndində yaşayan X2 və paltaryuyan maşını təmir etməsi üçün aldadaraq 230 manat pulunu ələ keçirən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTB-nə verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXMnin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə toplanmış materialları araşdıraraq müəyyən etdi ki, təhqiqat materiallarında Şəxs tərəfindən zərərçəkmiş şəxslərin aldadılması barədə heç bir məlumat yoxdur. Şəxs təhqiqat zamanı dindirilməmiş, zərərçəkmiş şəxslərlə üzləşdirilməmişdir. Şəxs polis şöbəsində yazılmış ərizənin mətni ilə tanış olmadığını bildirmişdir. Beləliklə məhkəmə iclasında Şəxs 31.07.2020-ci il tarixdə Bərdə rayonu, Böyük Göyüşlü kəndində Nuru Abışovu aldadaraq soyuducu düzəldəcəyini vəd edərək 70 manat pulunu almasını, 23 sentyabr 2020-ci il tarixdə Bərdə şəhəri, Nizami küçəsi 51-də yaşayan X6 aldadaraq paltaryuyan düzəltmək adı ilə 100 manat pulunu talamasını və 04 avqust 2020-ci il tarixdə Bərdə rayonu Lənbəran kənd sakini X1 təmir etmək məqsədilə 200 manat pulunu ələ keçirməsini təsdiq edən heç bir sübut aşkar edilməmiş, məhkəmə iclasında belə bir hal aşkar olunmamışdır. Göründüyü kimi Şəxs zərərçəkmiş şəxsləri aldadaraq pullarını ələ keçirməsi məhkəmə iclasında heç bir sübut növü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 416.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü i maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227ci maddəsinin əlamətləri olması öz təsdiqini tapmadığından onun barəsində olan inzibati xətaya dair işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 53,105,114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRAR V E R D İ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olmadığından inzibati xəta üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar