Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-68/2025 05.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Ağdam rayonunun Muğanlı kəndində doğulmuş, orta təhsilli, mağazada satıcı işləyən, Bərdə rayonu Əliyanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sosial şəbəkədə nalayiq formada söyüşlər işlətmiş və davranış qaydalarını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, ünvan 1i ünvanında yaşayır. 6 ildir ki, “Tiktok” sosial şəbəkəsindən istifadə edir, mütamadi olaraq canlı yayımlar açır, canlı yayım açdığı zaman ona rəylərdə yazan şəxslərə ünvanlı-ünvansız söyüşlər işlədir. Polis Şöbəsində izahatını özü yazmışdır. O, etdiyi səhvlərdən peşmandır, bir daha belə səhvlərə yol verməyəcəkdir. Bərdə Rayon Polis X1 Bölməsinin sahə rəisi X3 məhkəmə iclasında göstərdi ki, Şəxs sosial şəbəkə üzərindən, “Tiktok” sosial şəbəkəsi vasitəsi ilə qeyri-etik davranışlar edərək nalayiq ifadələr və açıq söyüşlər işlətmiş, etdiyi nalayiq hərəkətlərlə ümumi davranış qaydalarını pozmuşdur. Buna görə də Şəxs barəsində xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-3-cü maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, Şəxs İXM-nin 517-3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi sübuta yetirilməmiş, habelə protokola əlavə edilmiş digər materiallarla təsdiq olunmamışdır, həmçinin protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 protokolu müdafiə etsə də, İXM-in 517-3-cü maddəsində qeyd edilən hüquq pozuntusunun Şəxs tərəfindən hansı qaydada törədildiyini əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 517-3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin: 517-3-cü maddəsinə əsasən, Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edildiyi zaman müəyyən edilmiş davranış qaydalarına riayət edilməməsinə görə – fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikasının Qanununun 2-2.1c- maddəsinə əsasən Sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühitdir. Həmin Qanunun 2-2.3. Sosial xarakterli fövqəladə mühit rejimi Nazirlər Kabinetinin normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində rəsmi dərc edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 28 sentyabr tarixli 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi Qaydası”nda sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri qeyd edilmişdir. Qeyd edilən normativ hüquqi aktlardan da göründüyü kimi Şəxs əməlində İXM-nin 517-3-cü maddəsində qeyd edilmiş hüquq pozuntusunun tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 517-3-cü maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 53.1.2, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Qəraraaldı: Şəxs əməlində İXM-in 517-3-cü mаddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-68/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-68/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver