Məhkəmə qərarları › İş №3(021)-685/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-685/2021

19.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-685/2021 19.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs İnzibati xəta törətmiş şəxsin vəkili Vəkil Zərərçəkmiş şəxs X2 Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 iştirakı ilə xx xxxx 1983-cü ildə Bərdə rayonu Lək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bərdə rayonu Lək kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 71/2021 saylı 12.03.2021-ci il tarixli icra vərəqəsinə əsasən X4 2700 manat pul ödəməli olduğu halda icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli icra sənədinə əsasən X5 2700 manat pul ödəməlidir. Qeyd olunan borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Borcunu hissə-hissə ödəyə bilər. Borcunu ödəmədiyindən icra məmuru bu gün yəni 19 iyun 2021-ci ildə saat 1100-da saxlayaraq Bərdə Rayon Məhkəməsinə gətirmişdir. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarına əsasən Şəxs 2700 manat pul alınaraq ona verilməlidir. Şəxs hazırkı vaxta kimi onun borcunu ödəməmişdir. Sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2700 manat məbləğində pul alınaraq X5 verilməlidir. İcra sənədi onun icraatındadır. Hazırkı vaxtadək Şəxs borcunu ödəməmiş, icra sənədinin icrasından boyun qaçırmışdır. Sonuncu 19 iyun 2021-ci ildə saat 1100 radələrində saxlanılaraq Bərdə Rayon Məhkəməsinə gətirilmişdir. Borclunun onun qanuni tələblərinə tabe olmadığını, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etmədiyini qeyd edərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(021)- 71/2021 saylı icra vərəqəsinin surətindən müəyyən olunur ki, cavabdeh Şəxs 2700 manat əsas borc tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və icra məmurunin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 19 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(021)-71/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar Ziba Əliyevaya 2700 manat pul ödəməli olduğu halda, borclunu ödəməmiş, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 19 iyun 2021-ci ildə saat 1100-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 19 iyun 2021-ci il tarixdən saat 1100-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 528.1, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 19 iyun 2021-ci il tarixdən saat 1100-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar