Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-692/2023 17.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq , barəsində icraat aparılan şəxs və poliş şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər . İşə əlavə edilmiş inzibati xəta haqqında elektron protokolun surətindən və DİN-nin DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində cərimə olunmuş, cəriməni gecikdirdiyinə görə 12 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görənəqliyyat vasitələrini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, xx.xx.1990-cı ildə ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutub məhkəmə, q ə r a r a a l d ı: xx.xx.1990-cı ildə ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXMin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-692/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-692/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver