Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-693/2021 19.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 18 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində Elşad Hümbətova məxsus 50 manat dəyərində 1 ədəd su mühərrikini oğlurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 iyun 2021-ci il tarixdə X9 məxsus VAZ-2106 markalı avtomobilindən 200-300 manat dəyərində “Pioner” markalı maqnitafonu oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 may 2021-ci il tarixdə X7 cəmi 40 manat dəyərində 10 baş toyuğu Bərdə şəhəri, Sənaye küçəsindən oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 iyun 2021-ci il tarixdə Bərdə şəhəri, Nizami küçəsi ev 112-dən X5 63 manat dəyərində su mühərrikini oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, İ.Qayıbov küçəsində X2 azyaşlı övladına məxsus 50 manat dəyərində velosipedini oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 may 2021-ci il tarixdə Bərdə şəhəri, Bakı küçəsində X6 400 manat dəyərində “Redmi note” markalı mobil telefonunu oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, Füzuli küçəsi ev 3-də yaşayan X3 həyətindən 80 manat dəyərində samovarını oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 aprel 2021-ci il tarixdə gecə saatlarında X10 məxsus Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən kafedən bir ədəd 90 manat dəyərində “Samsung” markalı televizoru oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 may 2021-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində X1 məxsus VAZ-21011 markalı avtomobildən 60-70 manat dəyərində “Samsung J2” markalı mobil telefonu oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 iyun 2021-ci il tarixdə Bərdə şəhərində, istifadə olunmuş 41 manatlıq Sim kartları X11 39 manata satmaqla sonuncuya maddi ziyan vurmuşdur. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 may 2021-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində X8 məxsus VAZ-21011 markalı avtomobildən X4 məxsus içərisində 35 manat dəyərində “İmputs 12” markalı qulaqcıq və 18 manat dəyərində test kitabları olan çantanı oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-686/2021 saylı inzibati iş, 3(021)-687/2021 saylı inzibati iş, 3(021)-688/2021 saylı inzibati iş, 3(021)-689/2021 saylı inzibati iş, 3(021)-690/2021 saylı inzibati iş, 3(021)-691/2021 saylı inzibati iş, 3(021)-692/2021 saylı inzibati iş, 3(021)-693/2021 saylı inzibati iş, 3(021)-694/2021 saylı inzibati iş və 3(021)-695/2021 saylı inzibati iş 3(021)-696/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 19 iyun 2021-ci il tarixdə saat 1925-də Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın.
Məhkəmə qərarları › İş №3(021)-693/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-693/2021
19.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver