Məhkəmə qərarları › İş №3(021)-696/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-696/2021

19.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-696/2021 19.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X4 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs X22 iştirakı ilə xx xxxxxx 1989-cu ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, evli, Bərdə şəhəri, H.Aslanov küçəsi döngə 18, ev 3-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 18 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində Elşad Hümbətova məxsus 50 manat dəyərində 1 ədəd su mühərrikini oğlurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 iyun 2021-ci il tarixdə X23 məxsus VAZ- 2106 markalı avtomobilindən 200-300 manat dəyərində “Pioner” markalı maqnitafonu oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 may 2021-ci il tarixdə X18 cəmi 40 manat dəyərində 10 baş toyuğu Bərdə şəhəri, Sənaye küçəsindən oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 iyun 2021-ci il tarixdə Bərdə şəhəri, Nizami küçəsi ev 112-dən X13 63 manat dəyərində su mühərrikini oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, İ.Qayıbov küçəsində X9 azyaşlı övladına məxsus 50 manat dəyərində velosipedini oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 may 2021-ci il tarixdə Bərdə şəhəri, Bakı küçəsində X14 400 manat dəyərində “Redmi note” markalı mobil telefonunu oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, Füzuli küçəsi ev 3-də yaşayan X10 həyətindən 80 manat dəyərində samovarını oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 aprel 2021-ci il tarixdə gecə saatlarında X26 məxsus Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən kafedən bir ədəd 90 manat dəyərində “Samsung” markalı televizoru oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 may 2021-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində X5 məxsus VAZ-21011 markalı avtomobildən 60-70 manat dəyərində “Samsung J2” markalı mobil telefonu oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 iyun 2021-ci il tarixdə Bərdə şəhərində, istifadə olunmuş 41 manatlıq Sim kartları X27 39 manata satmaqla sonuncuya maddi ziyan vurmuşdur. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 may 2021-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində X19 məxsus VAZ-21011 markalı avtomobildən X11 məxsus içərisində 35 manat dəyərində “İmputs 12” markalı qulaqcıq və 18 manat dəyərində test kitabları olan çantanı oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, 18 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində Elşad Hümbətova məxsus 1 ədəd su mühərrikini, 06 iyun 2021-ci il tarixdə X23 məxsus VAZ-2106 markalı avtomobilindən “Pioner” markalı maqnitafonu, 25 may 2021-ci il tarixdə X18 məxsus 10 baş toyuğu Bərdə şəhəri, Sənaye küçəsindən, 04 iyun 2021-ci il tarixdə Bərdə şəhəri, Nizami küçəsi ev 112-dən X1 mühərrikini, 27 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, İ.Qayıbov küçəsində X9 azyaşlı övladına məxsus velosipedini, 07 may 2021-ci il tarixdə Bərdə şəhəri, Bakı küçəsində X14 “Redmi note” markalı mobil telefonunu, 17 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, Füzuli küçəsi ev 3-də yaşayan X10 həyətindən samovarını, 15 aprel 2021-ci il tarixdə gecə saatlarında X26 məxsus Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən kafedən bir ədəd “Samsung” markalı televizoru, 04 may 2021-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində X5 məxsus VAZ-21011 markalı avtomobildən “Samsung J2” markalı mobil telefonu, 31 may 2021-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində X19 məxsus VAZ-21011 markalı avtomobildən X11 məxsus içərisində “İmputs 12” markalı qulaqcıq və test kitabları olan çantanı oğurlamış, 14 iyun 2021-ci il tarixdə Bərdə şəhərində, istifadə olunmuş 41 manatlıq Sim kartları X27 39 manata satmışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X29 göstərmişdir ki, Şəxs 06 iyun 2021-ci il tarixdə ona məxsus VAZ-2106 markalı avtomobilindən 200-300 manat dəyərində “Pioner” markalı maqnitafonu oğurlamışdır. Ona dəymiş ziyan ödənilmədiyindən Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X15 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 23 aprel 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X6 müraciəti əsasında toplanmış və HK-1-1168 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X6 yaşadığı yaşayış binasının qarşısından 50 manat dəyərində su mühərrikini oğurlayan naməlum şəxsin şəxsiyyəti və yeri gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X7 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 09 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X20 ərizəsi əsasında toplanmış HK-1-1789 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti aidiyyatı üzrə rayon polis şöbəsinin İTB-nə təqdim edilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X28 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 11 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X16 müraciətində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti aidiyyatı üzrə rayon polis şöbəsinin İTB-nə təqdim edilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X2 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 14 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X13 ərizəsi əsasında toplanmış HK-1-1765 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati icraat açılması məqsədilə qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTBnə təqdim olunmuşdur. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X12 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 07 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X9 müraciəti əsasında toplanmış HK-1-1290 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X32 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 16 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X14 müraciəti əsasında toplanmış HK-1-1422 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X12 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 27 aprel 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X10, X21 müraciəti əsasında toplanmış HK-1-1165, 1193 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X28 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 28 aprel 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X24 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X7 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 08 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X3 müraciəti əsasında toplanmış HK-1-1386 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X7 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 19 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X25 ərizəsi əsasında toplanmış HK-1-1907/21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X17 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 08 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X8 müraciəti əsasında toplanmış HK-1-1692 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsi dindirib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında protokollar və Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şəxs törətdiyi inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi üç ay olduğundan sonuncunun barəsində törətdiyi hər inzibati xətaya görə 30 gündən az cəza təyin edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında 18 iyun 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Şəxs 18 iyun 2021-ci ildə saat 1800-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 227, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 3(021)-686/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-687/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-688/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-689/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-690/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-691/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-692/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-693/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)- 694/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-695/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-696/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün müddətə inzibati tənbeh növündə həbs edilsin. Şəxs üzərində qəti olaraq 02(iki) ay müddətə inzibati tənbeh növündə həbs saxlanılsın. İnzibati həbs etmənin əvvəli 18 iyun 2021-ci il tarixdən saat 1800-dan hesablansın. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar