Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-696/2024 13.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Yol Polisi İdarəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında qərar üzrə işin baxılmağa hazırlanması zamanı mаteriаlı аrаşdırıb, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair qərar tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesаb edir ki, inzibati xəta haqqında qərar İXM-in tələblərinə uyğun tərtib edilmədiyindən qərar və ona əlavə edilmiş sənədlər qərar tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. 125.2. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında qərar və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında qəraru və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Hazırkı inzibati işin materiallarından görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarla bağlı inzibati xətanı törətmiş nəqliyyat vasitəsi istifadəçisinin İXM-in 125.2-ci maddəsində müəyyən edilmiş qaydalara uyğun olaraq məlumatlandırılmasına dair hər hansı məlumat inzibati işin materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş qərarla bağlı qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmadığından barəsində İXM-in 529.3-cü mаddəsi ilə inzibati xəta haqqında qərarun tərtib edilməsi qanunauyğun deyildir. Belə ki, İXM-in 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qanunun tələbindən də aydın görünür ki, şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında qərar tərtib edilməsi üçün barəsində tərtib edilmiş və cərimə edilməsini nəzərdə tutan qərarla bağlı qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmadığı halda, həmin qərarın inzibati xəta törədən şəxs tərəfindən qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsindən və həmin şəxsin İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən söhbət gedə bilməz. İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında qərar və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, qərar və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, qərar və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında qərarun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 529.3-cü mаddəsi ilə tərtib edilmiş qərar İXM-in tələbləri nəzərə alınmadan tərtib edildiyindən qərar onu tərtib etmiş orqana - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Yol Polisi İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında qərar və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Yol Polisi İdarəsinə qaytarılsın. Qərardaddan şikаyət verilə bilməz. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-696/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-696/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver