Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-697/2021 22.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1988-ci il tarixdə Yevlax şəhərində аnаdаn оlmuş, Bərdə rayonu Zümürxan kəndində yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.06.2021-ci ildə saat 11:00 radələrində X2 məxsus HTC markalı mobil telefonu oğurlamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X6 izahatında bildirdi ki, Şəxs 13.06.2021-ci ildə saat 11:00 radələrində Bərdə rayon Kərpiçzavodun binasında yaşayan X2 məxsus HTC markalı mobil telefonu oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında izahatında bildirdi ki, 13.06.2021-ci il tarixdə X2 məxsus mobil telefonu götürmüşdür. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs X4 məhkəmədə izahatında bildirdi ki, qızı İntizarın əri Elnur 13.03.2021-ci il tarixdə saat 11 radələrində onların yaşadığı evə gələrək evdən ona məxsus telefonu oğurlamış və satmışdır. Telefonun ona qaytarılmasını Şəxs tələb edir. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 22.06.2021-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs oğlunun izahatını etiraf kimi qiymətləndirir. Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs oğluna inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 01 (bir) ay gün inzibati tənbeh- həbs tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs oğlu İXM-in 227-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 01 (bir) ay müddətinə inzibаti tənbeh- həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 22 iyun 2021-ci il tаrixdən, saat 15:00–dan hesablansın. Şəxs oğlu Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikаyət verilə bilər
Məhkəmə qərarları › İş №3(021)-697/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-697/2021
22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver