Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-7/2023 11.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirаkları ilə, xx.xx.1997-ci ildə, Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Güloğlular kəndində yaşayan Şəxs (AA******* ) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs 30 dekabr 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasının qarşısında uca səslə polisin ünvanına nəlayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün 31 dekabr 2022-ci il tarixdə İXM-in 510 və 535.1-ci mаddələrində nəzərdə tutulmuş inzibаti xətаları törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında MN № ******* saylı prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs 30 dekabr 2022-ci il tarixdə saat 17:00-da Bərdə rayon Polis Şöbəsinə gələrək Şöbənin inzibati binasının qarşısında əsassız səs-küy salaraq, nəlayiq ifadələr işlətmişdir. Həmin vaxt ona yaxınlaşıb onu nizam intizama dəvət edən dövlət yol polisi əməkdaşları X6 və X1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmiş, əmələ hüquqi qiymət verilməsi və tədbir görülməsi üçün Şəxs məhkəməyə gətirilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 30 dekabr 2022-ci ill tarixdə saat 14-15 radələrində atası Əliağaya məxsus VAZ 2106 markal, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bərdə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən Bərdə rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı X6 ona yaxınlaşaraq özünü təqdim etmiş, avtomobilə məxsus sənədlərə baxış keçirdikdən sonra idarə etdiyi avtomaşında konstruksiya dəyişikliklərinin olmasını zənn edib avtomobilin baxışdan keçirilməsinin zəruriliyini bildirdi. Ona görə də avtomobilin duracağa yerləşdirilməsini tələb etdilər. DYP əməkdaşı Qalib Bayramova və Mədət Qafarova avtomobildə konstruksiya dəyişikliyinin olmadığını bildimiş, lakin onlar təkidlə avtomobilin duracağa yerləşdirilməsini tələb etmişlər. Bundan sonra avtomobildən bir qədər uzaqlaşmış, DYP əməkdaşları onun avtomobilini Bərdə rayon Polis Şöbəsinə aparmışlar. Sonra Bərdə rayon Polis Şöbəsinə getmiş, Şöbənin inzibati binasının qarşısında X6 və X4 ilə qarşılaşmış, polis əməkdaşları ondan hansı səbəbə görə gəldiyini soruşduqda onlara icazəsi olmadığı halda nə üçün avtomobilini Şöbəyə gətirdiklərini soruşmuşdur. Bu zaman DYP əməkdaşları X6 və X4 onunla səs danışıq tenbirlərini yüksəldərək onu nizam-intizama dəvət etmişlər. DYP əməkdaşları ilə danışarkən onlara qarşı heç bir nalayiq ifadələr işlətməmiş və onların qanuni tələblərinə etmadsızlıq göstərməmişdir. Odur ki, barəsində tətib edilmiş ptorokollar üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxsin hüquqlarını müdafiə etmək məqsədilə dövlət hesabına təyin edilmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək müdafiə etdiyi şəxs Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olmadığından hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Bərdə rayon X8 yol polisi bölməsinin yol patrul xidməti inspektoru X6 ifadəsində göstərdi ki, 30 dekabr 2022-ci ill tarixdə saat 14-15 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində X4 ilə xidmət apararkən hərəkətdə olan VAZ 2106 markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında konstruksiya dəyişikliyi aparıldığı müşahidə olunduğundan saxlanılmış, sürücü Şəxs özünü təqdim etmiş, avtomobilin baxışdan keçirilməsinin zəruriliyini bildirmişdir. Buna görə də avtomobilin duracağa yerləşdirilməsini sürücüdən xahiş etmişdir. Sürücü Şəxs onlara avtomobilində konstruksiya dəyişikliyi olmadığını və onların onu qanunsuz saxladıqlarını bildirib avtomobilinin aparılmasına etiraz etmişdir. Avtomobilin duracağa yerləşdirilməsini təmin etdikdən sonra Bərdə rayon Polis Şöbəsinə getmişlər. Şöbənin inzibati binasının qarşısında Şəxs ilə qarşılaşmışlar, Şəxs onları görüb uca səslə nalayiq ifadələr işlətmişdir. Şəxs yaxınlaşıb onu nizam intizama dəvət etsələrdə Cəsarət onların qanuni tələblərinə riayət etməyərək hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəxs Şöbəyə dəvət etmişlər, getmədiyi üçün tutub Şöbəyə aparmışlar, növbətçi hissəyə təhvil verərək Bərdə rayon Polis Şöbəsinin rəisinə raport verərək barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verməsini xahiş etmişlər. Buna görə də Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Bərdə rayon X8 yol polisi bölməsinin yol patrul xidməti inspektoru X4 ifadəsində göstərdi ki, 30 dekabr 2022-ci ill tarixdə saat 14-15 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində X6 ilə xidmət apararkən hərəkətdə olan VAZ 2106 markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında konstruksiya dəyişikliyi aparıldığı müşahidə olunduğundan saxlanılmış, sürücü Şəxs X6 özünü təqdim etmiş, avtomobilin baxışdan keçirilməsinin zəruriliyini bildirmişdir. Buna görə də avtomobilin duracağa yerləşdirilməsini sürücüdən xahiş etmişdir. Sürücü Şəxs onlara avtomobilində konstruksiya dəyişikliyi olmadığını və onların onu qanunsuz saxladıqlarını bildirib avtomobilinin aparılmasına etiraz etmişdir. Avtomobilin duracağa yerləşdirilməsini təmin etdikdən sonra Bərdə rayon Polis Şöbəsinə getmişlər. Şöbənin inzibati binasının qarşısında Şəxs ilə qarşılaşmışlar, Şəxs onları görüb uca səslə nalayiq ifadələr işlətmişdir. Şəxs yaxınlaşıb onu nizam intizama dəvət etsələrdə Cəsarət onların qanuni tələblərinə riayət etməyərək hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəxs Şöbəyə dəvət etmişlər, getmədiyi üçün tutub Şöbəyə aparmışlar, növbətçi hissəyə təhvil verərək Bərdə rayon Polis Şöbəsinin rəisinə raport verərək barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verməsini xahiş etmişlər. Buna görə də Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 510-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlı, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Polis şöbəsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 30 dekabr 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasının qarşısında uca səslə nəlayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin, İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddəyə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 30 dekabr 2022-ci il tarixdə saat 14:00-15:00 radələrində Bərdə rayon Polis Şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığı sübut olunur. Belə ki, iş materiallarında olan sənədlərlə, həmçinin məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları ilə müyyən olunur ki, Şəxs polis əməkdaşları ilə mübahisə etmiş, lakin heç bir müqavimət göstərməmiş və polis əməkdaşlarının qanuni tələbinə riayət etmişdir. Bu isə Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması kimi şərh edilə bilməz. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Şəxs uca səslə nalayiq ifadələr işlədərək cəmiyyətə açıq aşkar hörmətsizlik etməsi İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Məhkəmə qeyd edir ki, inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hallar aşkar edilməmişdir. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-1-ci maddəsinə qeyd edilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi yolu ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə təqsirli bilinib bаrəsində 75 (yetmiş beş) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, onun müdafiəçisinə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-7/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-7/2023
11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver