Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-7/2024 29.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1969-cu il tarixdə Xankəndi rayonu Aranzəmin kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Muğanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü tarixdə saat 20:30 radələrində naməlum avtomobilin ona məxsus "Vaz 21099" markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili vurması və göz nahiyəsindən xəsarət almağı barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bununla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X3 iştirak edərək baş vermiş yolnəqliyyat hadisəsi haqda məlumat verdi və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü tarixdə saat 20:30 radələrində naməlum avtomobilin ona məxsus "Vaz21099" markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili vurması və göz nahiyəsindən xəsarət almağı barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Bərdə rayonu Qarabağ qəsəbəsi istiqamətindən Ağdam rayonu istiqamətində hərəkətdə olduğu zaman əks istiqamətdən gələn markasını, modelini və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil onun idarə etdiyi avtomobilin sol yan güzgüsünə dəymiş, nəticədə şüşə qırıntısı gözünün içərisinə dolmuşdur. Həmin avtomobil dayanmadan öz hərəkətinə davam etmişdir. Hadisə zamanı o avtomobilini 30-40 km/saatla idarə etmişdir. Hadisənin konkret hansı şəraitdə baş verməsini xatırlamır. Həmçinin o bildirmişdir ki, hadisə zamanı spirtli içki və ya hər hansı maddə qəbul etməmişdir. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Hadisə zamanı avtomobildə tək olmuş, digər şəxslər olmamışdır. Hadisə zamanı, göz nahiyəsindən xəsarət almışdır. Hadisədən əvvəl avtomobili saz vəziyyətdə olmuşdur. Hadisə baş verməmişdən əvvəl avtomobilinin qarşısına heç bir maneə çıxmamışdır. Hadisədən əvvəl avtomobilini 30-40 km/saatla idarə etmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 may 2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, Şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs idarə etdiyi “VAZ 21099” markalı ** BN *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşaraq yüngül xəsarət yetirən şəxsin gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Bərdə RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 may 2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, MTE və PA Birliyinin Bərdə rayonlarası Zona Mərkəzinin xx.xx.2023-cü il tarixli 288 nömrəli rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol göz almasının bayır yarısında geniş ölçülü qansızma, sağ gözün travmatik midirazı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətdi qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəclǝrǝinə görə sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 may 2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, AC N 374893 nömrəli "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi"nin surətindən görünür ki, "VAZ 21099" minik markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ ilə Şəxs məxsusdur. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 may 2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs müvafiq kateqoriyalar üzrə avtomobil idarə etmək hüququ vardır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 may 2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli, 423 saylı aktında göstərilmişdir ki, Şəxs hadisə zamanı ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Şəxs yol nəqliyyat hadisəsində xəsarət yetirən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tapşırıq verilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Yol patrul xidməti baş inspektoru X3 tərəfindən tərtib edilmiş İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Şəxs sürücülük hüququ olmaqla idarə etdiyi "Vaz 21099” markalı **-BN-*** dövlət nömrə nişanlı avtomobili ilə Bərdə rayonu, Qarabağ qəsəbəsindən Ağdam rayonu istiqamətinə gedən zaman markasını və qeydiyyat nömrəsini bilmədiyi minik avtomobili onun idarə etdiyi avtomobilin sol yan güzgüsünə dəymiş, nəticədə şüşə qırıntısı Şəxs gözünün içərisinə dolaraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət alması ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmir. Belə ki, avtonəqliyyat hadisəsi baş versə də hadisə nömrə və markası bilinməyən və səlahiyyətli orqan tərəfindən müəyyən edilməyən digər naməlum şəxsin təqsiri səbəbindən baş vermişdir və hadisənin törədilməsində Şəxs təqsiri iş materialları ilə müəyyən edilmir və sübut edilmir. Buna görə məhkəmə hesab edir ki, Şəxs barəsində AR.İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göründüyü kimi Şəxs inzibati xəta törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.8, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar tərəflərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. TƏKRAR. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-7/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-7/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver