Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-70/2025 06.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6, zərərçəkmiş şəxs X3 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Tərtər rayonu Şəhriyar kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi ev 243A, mənzil 31-də qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi S.Ə.Şirvani küçəsi ev 110-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 06 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Tik-Tok” sosial şəbəkəsində şəhid analarına qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Məhkəmə iclasında Bərdə RPŞ İTB-nin polis sahə rəisi X8 göstərdi ki, Şəxs “Tik-Tok” sosial şəbəkəsində şəhid analarına qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, təxminən iki ildir ki, “Tik-Tok” sosial şəbəkəsindən istifadə edir. Evlərin alqı-satqısı və kirayəsi ilə məşğul olduğundan istifadəsində olan “Tik-Tok” sosial şəbəkəsinin profil adını “Şah_əmlak” adı ilə qeydiyyatdan keçirmişdir. Profil hesabından evlərin alqı-satqısı ilə bağlı elanlar yerləşdirmək üçün istifadə etmişdir. Bir neçə gün əvvəl yaşadığı Masazır qəsəbəsində olarkən istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə tanımadığı nömrədən zəng daxil olmuş və telefon danışığı zamanı həmin qadın özünü İkinci Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadənin anası kimi təqdim etmişdir. Sonuncu hansı səbəbdən onun və digər şəhid analarının barəsində “Tik-Tok” sosial şəbəkəsində xoşagəlməz şərhlər yazdığını soruşmuşdur. Radə Qurbanova onun barəsində şikayət etmişdir. O, əslində Radə Qurbanovaya “Tik-Tok” sosial şəbəkəsində şərh yazmamış, şəhid analarını təhqir etməmişdir. İşlətdiyi ofisdə 4 nəfər işçisi var. İşçilərdən kimsə onun telefonundan istifadə edərək “Tik-Tok” sosial şəbəkəsində olan profilindən istifadə edərək şəhid anaları barədə xoşagəlməz ifadələr yazmışdır. Radə Qurbanovadan üzr istəyir. Lakin bir daha qeyd edir ki, “Tik-Tok” sosial şəbəkəsində şəhid anaları barəsində xoşagəlməz şərhlər yazmamışdır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərdi ki, İkinci Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadənin anasıdır. Bir neçə gün əvvəl yaşadığı evdə olarkən qohum və tanışları onun istifadəsində olan mobil telefona link göndərərək “Tik-Tok” sosial şəbəkəsində “Şah_əmlak” profil hesabının istifadəçisinin onun oğlu Yusifin toy məclisində paylaşılmış şəkilin şərh hissəsində nalayiq ifadələr yazdığını və şəhid analarını təhqir etdiyini bildirmişlər. Qeyd olunan profil hesabına daxil olmuş və həmin şəxsin onun və digər iki nəfər şəhid analarının haqqında xoşagəlməz ifadələr yazdığını görmüşdür. Profil hesabında qeyd olunan mobil telefon nömrəsinə zəng etmiş və özünü Vüqar adı ilə təqdim edən şəxs ona işi olduğunu, daha sonra zəng edəcəyini demişdir. Sonuncudan hansı səbəbdən şəhid anaları haqqında xoşagəlməz ifadələr yazdığını soruşmuş, Şəxs sosial şəbəkədə yazılmış şərhin onun tərəfindən yazıldığını təkzib etmişdir. Şəxs barəsində şikayət edəcəyini bildirmiş, sonuncu heç kimdən qorxmadığını və baş vermiş hadisə ilə bağlı izahat verməyəcəyini bildirmişdir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək, belə qənaətə gəlir ki, Bərdə RPŞ İTB-nin polis sahə rəisi X8 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, habelə protokola əlavə edilmiş digər materiallarla ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur, Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İş materiallarında olan: Bərdə Rayon Polis X2 baş təhqiqatçısı X4 “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 06 fevral 2025-ci il tarixli qərarından görünür ki, Bərdə rayonu Güloğlular kəndində yaşayan X5 ərizəsi əsasında toplanmış HK-1-300 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərarın surətinin Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. “Tik-Tok” sosial şəbəkəsindən götürülmüş şərhdən görünür ki, “ŞAH.Daşınmaz Əmlak” profil səhifəsi şərh yazaraq bunları qeyd etmişdir: “Şəhid anası necə lazımdır zirvədə dayanıb, bunlar özlərinə hörmət qoymayan qadınlardı. Bunlar gecə yatanda şükür edirlər ki, övladları şəhid olub. Yaxşı ki, Xudayar bir mahnı oxudu anası Bərdəni şüman etdi.” Göründüyü kimi, Şəxs sosial şəbəkədə əhalinin həssas təbəqəsi olan şəhid analarına, o cümlədən, şəhid anası qismində Radə Qurbanovaya qarşı birbaşa hörmətsizlik etmiş, onları təhqir etmişdir. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. “İnzibati qaydada tutma haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 05 fevral 2025-ci ildə saat 1930-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 05 fevral 2025-ci il saat 1930-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 05 fevral 2025-ci il tarixdən saat 1930-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-70/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-70/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver