Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-704/2021 27.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ağdam rayon Polis Şöbəsinin DYPB-nin 02.06.2021-ci i tarixli qərarından X5 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: X5 oğlu Ağdam rayon Polis Şöbəsinin DYPB-nin 01.06.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində inzibati cərimə olunmuşdur. X5 oğlu şikayət verərək Ağdam rayon Polis Şöbəsinin DYPB-nin 02.06.2021-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onun əsaslandırılmışdır ki, 02.06.2021-ci l tarixdə Ağdam rayon X3 Yol Polisİ Bölməsinin əməkdaşı tərəfindən barəsində ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında onun barəsində 02.06.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ancaq həmin protokolun və qərarın surəti ona təqdim edilmədiyi üçün təqsirinin nədən ibarət olması barədə məlumatı olmamışdır. Ağdam rayon Polis Şöbəsinin DYPB-nin rəisinin şifahi deməsinə görə guya iş yeri olan Ağdam Rayon Məhkəməsinə dönərkən üfüqi nişanlanma xəttinin tələblərini pozmuşdur. Halbu ki, həmin yerdə Ağdam Rayon Məhkəməsi və Ağdam Rayon İcra və Probasiya Şöbəsi yerləşdiyi üçün yolun həmin hissəsində üfiqi xətt olmuşdur. O, hesab edir ki, barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Daha sonra X5 oğlu ərizə verərək , ərizəsində texniki səhv olaraq qərarın tarixini 02 iyun kimi qeyd etdiyini bildirərək, Ağdam rayon Polis Şöbəsinin DYPB-nin 01.06.2021-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Ağdam rayon Polis Şöbəsinə və X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, Ağdam rayon Polis Şöbəsinin nümayəndəsi və şikayətçi Cavid Qasımov heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Ağdam RPŞ-nin 01.06.2021-ci il tarixli İXP ******* saylı protokolundan görünür ki, X5 oğlunun əməlində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. X4 Şahin oğlu məhkəməyə ərizə ünvanlayaraq şikayətlə bağlı heç bir tələbinin olmadığını qeyd edərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X1 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Ağdam RPŞ-nin 01.06.2021-ci il tarixli qərarından X1 verdiyi şikayət təmin edilməsin, 01.06.2021-ci il tarixli qərar qanuni hesab edilsin. Qərar elan olunduqdan sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-704/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-704/2021
27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver