Məhkəmə qərarları › İş №3(021)-706/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-706/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-706/2021 15.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X11 iclas katibliyi, şikayətçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X10 nümayəndəsi X12, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 21.06.2021-cı il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinin direktoru X16 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin MN ******* sayli qərarinin etibarsiz hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsi 09.06.2021-ci il tarixdə İnzibati xəta haqqında MN ******* saylı protokol tətbiq etmişdir. Bundan sonra 21.06.2021-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara qəbul edərək Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə istinad edərək , guya o, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitm verdiyi üçün 1500 manat cərimə edilmişdir. Qərar qəbul olunaraq əsaslandırmışlar ki, vətəndaşlar X2 və Məmişov Elçin Nurəddin oğlunun əmək müqavilələrində hüquqlarını pozmuşdur. Halbuki, işçilər öz ərizələri ilə mövsümü işdən azad edilmələrini xahiş etmişdirlər. Odur ki, həmin qərarı əsassız hesab edərək ləğv edilməsini xahiş etmişdir. Daha sonra Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinin direktoru X16 məhkəməyə ərizə verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin MN ******* sayli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasına şikayətçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X19 bildirdi ki, işçilər X4 və X13 mövsümü işçilər kimi işə götürülmüş və əmək müqaviləsinin vaxti bitdikdən sonra işdən çıxarılmışdırlar. Odur ki, şikayətin təmin edilərək müvafiq qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin nümayəndəsi X8 bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 21.06.2021-ci il tarixli MN ******* sayli qərarı qanunidir. Belə ki, işçilər vaxtından əvvəl işdən azad olunmuşdurlar. Şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak edən X13 bildirdi ki, o, mövsümi işçi kimi işləmişdir. Lakin daimi işə qəbul olunmasını istədiyi üçün Ombudsmana şikayət vermişdir. O, işlədiyi müddətdə hər ay əmək haqqı almışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinə qarşı heç bir şikayəti yoxdur. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak edən X4 bildirdi ki, o, mövsümi işçi kimi işləmişdir. Lakin daimi işə qəbul olunmasını istədiyi üçün Ombudsmana şikayət vermişdir. O, işlədiyi müddətdə hər ay əmək haqqı almışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin qərarı ləğv edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin tərəfindən Bərdə regional X10 direktoru Bakir Qurbanova ünvanlanmış 21.06.2021-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, Bərdə regional X10 direktoru Bakir Qurbanova 21.06.2021-cı il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla tətbiq olunmuş cərimə inzibati tənbeh növününü icrasını təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin MN ******* sayli Protokoldan görünür ki, işçilər X4 və X6 əmək müqavilələrinə Əmək Məcəlləsinin tələbləri pozularaq xitam verilməsi müəyyən edildiyindən Bərdə regional X10 direktoru Bakir Qurbanov barəsində inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 21.06.2021-cı il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, işçilər X4 və X6 əmək müqavilələrinə Əmək Məcəlləsinin tələbləri pozularaq xitam verilməsi müəyyən edilmiş, nəticədə X23 oğlu İXM-in 192.6-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinin 02.11.2020-ci il tarixli 127 saylı Əmrdən Çıxarışdan görünür ki, mövsümü fəhlələr- X4 və X14 ilə bağlanmış əmək müqavilələrinin müddəti 30.12.2020-ci il tarixə qədər uzadılmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinin 30.12.2020-ci il tarixli 152 saylı Əmrdən Çıxarışdan görünür ki, mövsümü fəhlələr- X4 və X14 ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əçmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hisəsinin “b” bəndinə əsasən xitam verilmişdir. (Əsas: 30.12.2020-ci il tarixdən mövsümü işlərin başa çatması və əmək müqavilələrinin müddəti başa çatması) Əmək Müqaviləsindən görünür ki, X16 ilə X4 arasında bağlanmış əmək müqaviləsi 02.11.2020-ci il tarixdən 30.12.2020-ci il tarixinədək bağlanmışdır. X2 Bərdə regional X10 direktoru Bakir Qurbanova ünvanlanmış 02.11.2020-ci il tarixli Ərizəsindən görünür ki, əmək müqaviləsinin müddətinin 30.12.2020-ci il tarixdədək uzadılmasını xahiş etmişdir. X2 Bərdə regional X10 direktoru Bakir Qurbanova ünvanlanmış 30.06.2021-ci il tarixli Ərizəsindən görünür ki, müqaviləsinin bitmə tarixi ilə bağlı X25 Təsərrüfatı Mərkəzinə heç bir şikayəti yoxdur. Əmək Müqaviləsindən görünür ki, X16 ilə X13 arasında bağlanmış əmək müqaviləsi 02.11.2020-ci il tarixdən 30.12.2020-ci il tarixinədək bağlanmışdır. X7 Bərdə regional X10 direktoru Bakir Qurbanova ünvanlanmış 02.11.2020-ci il tarixli Ərizəsindən görünür ki, əmək müqaviləsinin müddətinin 30.12.2020-ci il tarixdədək uzadılmasını xahiş etmişdir. X7 Bərdə regional X10 direktoru Bakir Qurbanova ünvanlanmış 30.06.2021-ci il tarixli Ərizəsindən görünür ki, müqaviləsinin bitmə tarixi ilə bağlı X25 Təsərrüfatı Mərkəzinə heç bir şikayəti yoxdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsi tərəfindən 21.06.2021-cı il tarixli, ******* saylı qərarla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinin direktoru X16 barəsində İXM-in 192.6-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X25 Təsərrüfatı Mərkəzinin direktoru X16 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsi tərəfindən 21.06.2021-cı il tarixli, ******* saylı saylı qərarının ləğvinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İXM-in 192.6-ci maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2.əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşdən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinin direktoru X16 işçiləri mövsümü olaraq müvəqqəti işə götürmüş, əmək müqaviləsinin müdddəti bitdikdə isə əmək müqaviləsinə xitam verərək işçiləri işdən azad etmişdir. Həmçinin həmin işçilər ərizə ilə işə götürənə müraciət edərək əmək müqavilələrinin müddətinin bitməsi ilə bağlı şikayətlərinin olmadığını bildirmişdirlər. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 21.06.2021- ci il tarixli MN ******* sayli qərarının nömrəli qərarı ləğv edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinin direktoru X16 barəsində İXM-in 192.6-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və İXM-in 133, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 21.06.2021- ci il tarixli MN ******* sayli qərarı ləğv edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinin direktoru X16 barəsində İXM-in 192.6-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar