Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-707/2021 02.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X1 Bölməsinin sahə rəisi polis baş leytenantı X4, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 05 sentyabr 1998-ci ildə Tərtər rayonu Ələsgərli kəndində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Tərtər rayonu Ələsgərli kəndində qeydiyyatda olan və yaşayan barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki, Bərdə Rayon Polis X1 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 28 iyun 2021-ci il tarixdə Bərdə şəhəri,Nüşabə küçəsi foto studiya mağazasından 01 ədəd 80-90 manat dəyərində notebook kompyuter oğurlanması səbəbindən tərtib edilmişdir. Bərdə rayon Polis X1 Bölməsinin sahə rəisi, polis baş leytenanatı X6 izahatında göstərdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs oğlu 28 iyun 2021-ci il tarixdə Bərdə şəhəri, Nüşabə küçəsi foto studiya mağazasından 01 ədəd 80-90 manat dəyərində “Samsung” markalı notebook kompyuter oğurlamışdır. Hazırda dəymiş ziyan ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmədə izahat verib bildirmişdir ki, 24 iyun 2021-ci il tarixdə Bərdə şəhər Nüşabə küçəsində yerləşən studiyo mağazasına daxil olub. Mağazada olan zaman 01 ədəd notebook kompyuter görüb və pula ehtiyacı olduğu üçün kompyuteri mağazadan oğurlayaraq, həmin yerdən uzaqlaşıb. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş, sonuncu ilə barışıq əldə etmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmədə izahat verib bildirmişdir ki, 24 iyun 2021-ci il tarixdə studiyanın qapısını açıq qoyaraq çörək yemək üçün getmişdir. Təxminən 01 saat sonra qayıdan zaman studiyada olan təxminən 80-90 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı notebook kompyuterin olmamasını və oğurlanmasını aşkar etmişdir. Şəxs ona dəymiş ziyanı ödəmişdir. Sonuncudan heç bir şikayət və tələbi yoxdur. İş üzrə materiallardan görünür ki, Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı sahə rəisi polis baş leytenantı X4 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 01 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanmış HK-1-2117 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis X1 Bölməsinə verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göründüyü kimi Şəxs oğlu vurulmuş ziyanı tamamilə ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını, işə olan sübutları qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-707/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-707/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver