Məhkəmə qərarları › İş №3(021)-708/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-708/2022

26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-708/2022 26.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X8 iclas katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X5, zərərçəkmiş X6 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Tərtər rayonu, Hacıqərvənd kəndində doğulmuş, Tərtər rayonu, Çardaxlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 327.1 və 332.4-cü maddələri ilə Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X9 tərəfindən 26 may 2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ondan ötəri ki, Şəxs İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X9 bildirdi ki, 25 may 2022-ci il tarixdə saat 15:00 radələrində Şəxs “VAZ 21074” markalı, ** MC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri, Çay sahili küçəsində hərəkətdə olarkən, düzünə hərəkətdə olan X6 idarə etdiyi AZSAMAND markalı ** MM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili gözləmədən sol dönmə əməliyyatı apararaq toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Tərəfindən baş vermiş hadisə yerinə baxış keçirilmiş, sxem və foto şəkillər çəkilmiş, sürücü və sərnişin sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmişdir. Hazırda Şəxs barəsində İXM-in 327.1 və 332.4-cü maddələri ilə tərəfindən 26 may 2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə verilmişdir. Odur ki, protokolu müdafiə edərək baxılıb qanuni tənbehin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs baş vermiş yol nəqliyyat hadisəsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, ** MC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil atası X12 məxsusdur. Avtomobili etibarnamə əsasında idarə edir. Lakin avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. 25 may 2022-ci il tarixdə saat 15:00 radələrində “VAZ 21074” markalı, ** MC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri, Çay sahili küçəsində hərəkətdə olarkən, o sola dönmə əməliyyatı apararkən X6 idarə etdiyi AZSAMAND markalı ** MM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onu gözləməmiş və toqquşmuşlar. X3 avtomobildə sərnişin olmuşdur. Hadisə nəticəsində xsəarət alan olmamışdır. Avtomobillərə ziyan dəymişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol tam əsassızdır. Məhkəmə iclasında zərərçəkmiş X14 izahatında göstərdi ki, AZSAMAND markalı ** MM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil özünə məxsusdur. Sürücülük hüququ vardır. 25 may 2022-ci il tarixdə saat 15:00 radələrində AZSAMAND markalı ** MM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bərdə şəhəri, Çay sahili küçəsində hərəkətdə olarkən Şəxs idarə etdiyi “VAZ 21074” markalı, ** MC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun yoluna çıxaraq sola dönmə əməliyyatı aparmış və onun avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X9 tərəfindən tərtib edilmiş 26 may 2022-ci il tarixli, İXP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 25 may 2022-ci il tarixdə saat 15:00 radələrində “VAZ 21074” markalı, ** MC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri, Çay sahili küçəsində hərəkətdə olarkən, düzünə hərəkətdə olan X6 idarə etdiyi AZSAMAND markalı ** MM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili gözləmədən sol dönmə əməliyyatı apararaq yol nəqliyyat hadisəsi törətmiş və buna görə də barəsində İXM-in 327.1 və 332.4-cü maddələri ilə protokol tərtib edilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş 694 saylı, 25.05.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, sürücü Şəxs sərxoşluq əlaməti aşkar olunmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş 695 saylı, 25.05.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, sürücü X1 əlaməti aşkar olunmamışdır. X4 Şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nömrə nişanlı minik markalı avtomobil X11 mülkiyyətindədir. ƏN-Vİİİ 231359 saylı Etibarnamədən görünür ki, X15 tərəfindən “VAZ 21074” markalı, ** MC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 15.03.2023-cü ilədək Şəxs etibar edilmişdir. AE № 038531 saylı X4 Şəhadətnaməsinin surətindən görünür ki, AZSAMAND LX markalı ** MM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X6 mülkiyyətindədir. BC256856 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, X2 hüququ verilmişdir. İXM-nin 327.1.-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddələrində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 25 may 2022-ci il tarixdə saat 15:00 radələrində “VAZ 21074” markalı, ** MC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri, Çay sahili küçəsində hərəkətdə olarkən, düzünə hərəkətdə olan X6 idarə etdiyi AZSAMAND markalı ** MM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili gözləmədən sol dönmə əməliyyatı apararaq yol nəqliyyat hadisəsi törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olduğu halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.4-cü maddələri ilə təqsirli bilənməli və barəsində İXMnin 334.4-cü maddəsinə əsasən 400 (dörd) yüz manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş, zərərçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar