Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-709/2021 02.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 14 iyun 2021-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndində X17 aldadaraq 481 manat pulunu oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs oğlu 14 iyun 2021ci il tarixdə Bərdə şəhəri, Kapital Bankın qarşısında X10 aldadaraq 259 manat pulunu oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs oğlu 11 may 2021ci il tarixdə Bərdə şəhəri ərazisində X11 məxsus kartdan 60 manat pul oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 20 may 2021-ci il tarixdə X14 təqaüd kartından 73 manat pul oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 24 may 2021-ci il tarixdə X7 bankomatdan 314 manat pul oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 19 sentyabr 2020-ci il tarixdə X5 plastik kartından 168 manat pul oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 30 aprel 2021-ci il tarixdə X12 bankomatdan 297 manat pul oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 16 iyun 2021-ci il tarixdə Bərdə rayonu, Yenidaşkənd kəndində X13 aldadaraq 260 manat pulunu aldadaraq mənimsəmişdir. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol görünür ki, Şəxs oğlu 21 fevral 2021-ci il tarixdə X16 məxsus kartdan dələduzliuq yolu ilə 177 manat pulunu çıxartmışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol görünür ki, Şəxs oğlu 07 iyun 2021-ci il tarixdə X3 dələduzluq yolu ilə 100 manat pul çıxarmışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol görünür ki, Şəxs oğlu 06 aprel 2021-ci il tarixdə Bərdə rayonu, Hüsənli kəndində yaşayan X2 500 manat pulu dələduzluq yolu ilə çıxarmışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol görünür ki, Şəxs oğlu 13 may 2021-ci il tarixdə vətandaş Bəxşalıyeva Sərmayə Adigözəl qızının kartından 450 manat puılunu etibardan sui istifadə edərək ələ keçirmişdir. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-708/2021, 3(021)-709/2021, 3(021)-710/2021, 3(021)-711/2021, 3(021)-712/2021, 3(021)-713/2021, 3(021)-714/2021, 3(021)-715/2021, 3(021)-716/2021, 3(021)-717/2021, 3(021)-718/2021 saylı işlər 3(021)-719/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 02 iyul 2021-ci il tarixdə saat 17:30-da Bərdə Rayon Məhkəməsinin inzibati binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş dövlət orqanının nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın.
Məhkəmə qərarları › İş №3(021)-709/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-709/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver