Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-709/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 469.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bərdə regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bərdə regional ərazi şöbəsindən "xxxx" Açıq Səhimdar Cəmiyyəti barəsində İXM-in 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, "xxxx" Açıq Səhimdar Cəmiyyəti işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması halına yol vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi X7 bildirdi ki, 24 may 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron informasiya sisteminə baxılarkən müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhimdar Cəmiyyəti işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması halına yol verərək İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" Açıq Səhimdar Cəmiyyətinin həmin inzibati xətaya yol verməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron informasiya sisteminin X4 Sistemindən çıxarış ilə təsdiq olunur. Buna görə də tərəfindən "xxxx" Açıq Səhimdar Cəmiyyəti barəsində İXM-nin 469.2-ci maddəsi ilə protokol tərtib olunmuş və Şöbəsinin rəisi X1 tərəfindən qərardad qəbul olunaraq baxılaraq inzibati xəta hqqında protokol üzrə qərar qəbul edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir. Hüquqi şəxs "xxxx" Açıq Səhimdar Cəmiyyəti barəsində inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsi dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC İXM-in 469.2-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, işdə olan 24 may 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Açıq Səhimdar Cəmiyyəti işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması halına yol vermişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron informasiya sisteminin X4 Sistemindən çıxarışdan görünür ki, "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmamışdır. İXM-in 469.2-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmamışdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə "xxxx" Açıq Səhimdar Cəmiyyətinə hansı həddə tənbeh tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, "xxxx" ASC-yə təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsində göstərilmişdir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati işin materiallarından "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" Açıq Səhimdar Cəmiyyəti İXM-in 469.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 5000 (beş min) manat cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Hüquqi şəxs "xxxx" Açıq Səhimdar Cəmiyyəti İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib, bаrəsində 5000 (beş min) manat cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş orqanlara göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-709/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-709/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver