Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-710/2022 23.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Аzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bərdə regional ərazi şöbəsindən daxil olmuş, Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 469.2-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı mаteriаlı аrаşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bərdə regional ərazi şöbəsindən Şəxs MMC barəsində İXM-in 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs MMC işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması halına yol vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi X7 bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron informasiya sisteminə baxılarkən müəyyən edilmişdirki, Şəxs MMC işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması halına yol verərək İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də tərəfindən «Tufan Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-nin 469.2-ci maddəsi ilə protokol tərtib olunmuş və Şöbəsinin rəisi X1 tərəfindən qərardad qəbul olunaraq baxılaraq inzibati xəta hqqında protokol üzrə qərar qəbul edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir. BHüquqi şəxs Şəxs barəsində inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X5 bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bərdə regional ərazi şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 12 may 2022-ci il tarixli, **********2 saylı icbari sığorta müqaviləsinin bir neçə işçi ilə bağlanmaması və əməldə inzibati xəta tərkibi olmasına dair bildiriş tərəflərindəndən 16 may 2022-ci il tarixdə alınmış, "xxxx" ASC ilə Şəxs MMC arasında 17 may 2022-ci il tarixli, **********562 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi aradan qalxdığı üçün icraata xitam verilməlidir. Belə ki, işdə olan 24 may 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması halına yol vermişdir. İş materiallarına əlavə edilmiş 12 may 2022-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsində nəzərdə tutulan işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olması, əməlində inzibati xəta tərkibi olması barədə məlumatlandırılmış və bu məqsədlə 23 may 2022-ci il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının X4 Xidmətinin Qarabağ Regional şöbəsinə dəvət edilmişdir. İş materiallarına əlavə edilmiş işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından 17 may 2022-ci il tarixli, **********562 saylı saylı icbari sığorta müqaviləsindən görünür ki, Şəxs MMC tərəfindən bütün işçilər qanunamüvafiq qaydada "xxxx" ASC-də sığorta edilmişdirlər. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Şəxs MMC arasında 17 may 2022-ci il tarixli, **********562 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs «Tufan Mühafizə” MMC tərəfindən işçilərə bədbəxt hadisə və peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta olunmaması barədə tərtib olunmuş protokol əsassızdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iclasında hüquqi şəxs «Tufan Mühafizə” MMC tərəfindən işçilərə bədbəxt hadisə və peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta olunmaması ilə bağlı hallar aşkar olunmamışdır. Bundan başqa X4 Xidmətinin Qarabağ Regional şöbəsinin nümayəndəsi də məhkəmədə bildirdi ki, həmin iş üzrə sadəcə portalda sığorta müqaviləsi olmadığını, tərəf də idarəyə gəlmədiyindən inzibati protokol tərtib etmişlər. Həmçinin, X4 Xidmətinin Qarabağ Regional şöbəsi «Tufan Mühafizə” MMC-nin işçiləri barədə məlumatları, hansı işçilərin əmək müqaviləsi əsasında işləmərini, həmin işçilər barəsində məlumatları toplamadan sadəcə olaraq inzibati xəta protokolunun tərtib etməsini inzibati araşdırma ilə bağlı qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, hüquqi şəxs «Tufan Mühafizə” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığından sonuncu barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: «Tufan Mühafizə” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata «Tufan Mühafizə” MMC-nin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-710/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-710/2022
23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver