Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-719/2021 02.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X13 Bölməsinin sahə rəisi polis baş leytenantı X34, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X13 Bölməsinin sahə rəisi, polis kapitanı X22, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X13 Bölməsinin sahə rəisi X8, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X13 Bölməsinin sahə rəisi polis kapitanı X35, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X13 Bölməsinin rəisi polis leytenantı X63 oğlunun, Zərərçəkmiş şəxslər X36, X71, X23, X46 və X24, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 19 avqust 1994-cü ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, subay, Ağcəbədi şəhəri, Fizuli küçəsi ev 50-də qeydiyyatda olan və yaşayan barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki, Bərdə Rayon Polis X13 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 14 iyun 2021-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndində X59 aldadaraq 481 manat pulunu ələ keçirməsi səbəbindən tərtib edilmişdir. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs oğlu 14 iyun 2021ci il tarixdə Bərdə şəhəri, Kapital Bankın qarşısında X37 aldadaraq 259 manat pulunu ələ keçirilməsi səbəbindən tərtib edilmişdir. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs oğlu 11 may 2021-ci il tarixdə Bərdə şəhəri ərazisində X38 məxsus kartdan 60 manat pul çəkməsi səbəbindən tərtib edilmişdir. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 20 may 2021-ci il tarixdə X47 təqaüd kartından 73 manat pul oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X13 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 24 may 2021-ci il tarixdə X15 bankomatdan 314 manat pul oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X13 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 19 sentyabr 2020-ci il tarixdə X10 plastik kartından 168 manat pul oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X13 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 30 aprel 2021-ci il tarixdə X39 bankomatdan 297 manat pul oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X13 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 16 iyun 2021-ci il tarixdə Bərdə rayonu, Yenidaşkənd kəndində X40 aldadaraq 260 manat pulunu aldadaraq mənimsəmişdir. Bundan başqa, Bərdə Rayon Polis X13 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol görünür ki, Şəxs oğlu 21 fevral 2021-ci il tarixdə X52 məxsus kartdan dələduzliuq yolu ilə 177 manat pulunu çıxartmışdır. Bundan başqa, Bərdə Rayon Polis X13 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol görünür ki, Şəxs oğlu 07 iyun 2021-ci il tarixdə X4 dələduzluq yolu ilə 100 manat pul çıxarmışdır. Bundan başqa, Bərdə Rayon Polis X13 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol görünür ki, Şəxs oğlu 06 aprel 2021-ci il tarixdə Bərdə rayonu, Hüsənli kəndində yaşayan X2 500 manat pulu dələduzluq yolu ilə çıxarmışdır. Bundan başqa, Bərdə Rayon Polis X13 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol görünür ki, Şəxs oğlu 13 may 2021-ci il tarixdə vətandaş Bəxşalıyeva Sərmayə Adigözəl qızının kartından 450 manat puılunu etibardan sui istifadə edərək ələ keçirmişdir. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X13 Bölməsinin sahə rəisi polis baş leytenantı X60 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 30 aprel 2021-ci il tarixdə X39 bankomatdan 297 manat pul oğurlamışdır. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 sentyabr 2020-ci il tarixdə X10 plastik kartından 168 manat pul oğurlamışdır. Habelə MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 may 2021-ci il tarixdə X15 bankomatdan 314 manat pul oğurlamışdır. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 may 2021-ci il tarixdə X47 təqaüd kartından 73 manat pul oğurlamışdır. Bundan başqa bir çox əməllərdə də Şəxs oğlu şübhələnir. Lakin hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X13 Bölməsinin sahə rəisi, polis kapitanı X61 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 iyun 2021-ci il tarixdə Bərdə rayonu, Yenidaşkənd kəndində X40 aldadaraq 260 manat pulunu mənimsəmişdir. Belə hallar olduqca çoxdur. Hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X53 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 13 may 2021-ci il tarixdə vətandaş Bəxşalıyeva Sərmayə Adigözəl qızının kartından 450 manat puılunu etibardan sui istifadə edərək ələ keçirmişdir. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 06 aprel 2021-ci il tarixdə Bərdə rayonu, Hüsənli kəndində yaşayan X2 500 manat pulu dələduzluq yolu ilə çıxarmışdır. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 07 iyun 2021-ci il tarixdə X4 dələduzluq yolu ilə 100 manat pul çıxarmışdır. Habələ, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 21 fevral 2021-ci il tarixdə X52 məxsus kartdan dələduzliuq yolu ilə 177 manat pulunu çıxartmışdır. Məhkəmədən Şəxs oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X13 Bölməsinin sahə rəisi, polis mayoru X16 izahat verib bildirdi ki MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 iyun 2021-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndində X59 aldadaraq 481 manat pulunu ələ keçirməsi səbəbindən tərtib edilmişdir. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X13 Bölməsinin sahə rəisi polis leytenantı X25 MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs oğlu 11 may 2021-ci il tarixdə Bərdə şəhəri ərazisində X38 məxsus kartdan 60 manat pul çəkməsi səbəbindən tərtib edilmişdir. Bundan başqa MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs oğlu 14 iyun 2021-ci il tarixdə Bərdə şəhəri, Kapital Bankın qarşısında X37 aldadaraq 259 manat pulunu ələ keçirilməsi səbəbindən tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X54 izahat verib bildirdi ki, Şəxs tərəfindən ona dəymiş 250 manat ziyanın ödənilməsini tələb edir. Barəsində inzibati icraat aparılan Şəxs haqqında qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X46 izahat verib bildirdi ki, Şəxs tərəfindən ona dəymiş 500 manat ziyanın ödənilməsini tələb edir. Barəsində inzibati icraat aparılan Şəxs haqqında qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X23 izahat verib bildirdilər ki, Şəxs tərəfindən ona dəymiş 170 manat ziyanın ödənilməsini tələb edir. Barəsində inzibati icraat aparılan Şəxs haqqında qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X71 izahat verib bildirdilər ki, Şəxs tərəfindən ona dəymiş 481 manat ziyanın ödənilməsini tələb edir. Barəsində inzibati icraat aparılan Şəxs haqqında qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X41 izahat verib bildirdilər ki, Şəxs tərəfindən ona dəymiş 314 manat ziyanın ödənilməsini tələb edir. Barəsində inzibati icraat aparılan Şəxs haqqında qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 44 günlük vətən müharibəsinin iştirakçısıdır. Özü də müharibədə yaralanmışdır. Cənab Prezident ərəfindən 3 dəfə təltif edilmişdir. Yanında çox dostları şəhid olmuşdur. Həmin pullar ilə şəhid ailələrinə yardım etmiş, şəhid olan dostlarının ayrı-ayrı vaxtlarda və yerlərdə dəfn mərasimlərində iştirak etmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdir. Tez bir zamanda vurduğu maddi ziyanları ödyəcəkdir. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X49 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 01 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1613 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 20 may 2021-ci il tarixdə X89 qızına məxsus təqaüt kartından 73 manat pul çıxaran naməlum şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün gəbul edilmiş qərarın bir sürəti şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X87 oğlunun cinayət işi başlanılmasının rədd edilməsi haqqında 16 iyun 2021ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1812 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 07 iyun 2021-ci il tarixdə X56 məxsus təqaüd kartından, 100 manat pul çıxaran naməlum şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X13 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis polkovnik-leytenantı X70 oğlunun cinayət işi başlanılmasının rədd edilməsi haqqında 14 aprel 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-11047 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 06 aprel 2021-ci il tarixdə Bərdə rayonu, Hüsənli kəndində yaşayan X2 500 manat pul oğurlamış şəxsin gələcəkdə müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati icraat açılması məqsədi ilə qərarın surəti rayon Polis X13 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X57 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 25 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-997 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş Bərdə rayonu,Qaradəmirçi kəndində yaşayan X59 aldadaraq pulunu ələ keçirən şəxsin gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X13 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X26 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 03 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1630 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 24 aprel 2021-ci il tarixdə X20 məxsus kartdan 314 manat pulu gizli olaraq çıxardıb ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X13 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X11 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 26 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1925 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 14 iyun 2021-ci il tarixdə Bərdə şəhəri Kapital bankın qarşısında X37 aldadaraq 259 manat pulu ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X13 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X21 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 28 sentyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-3108 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 168 manat pul vəsaitini dələduzluq yolu ilə keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X13 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X42 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 04 aprel 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-934 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 21 fevral 2021-ci il tarixdə 22 manat və 100 manat pul çıxaran naməlum şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X13 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X28 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 20 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1488 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Kapital Bank-a məxsus bankomatın qarşısında naməlum şəxs Bərdə şəhəri, Təbriz küçəsində yaşayan X6 etibardan sui istifadə edərək onun 450 manat pulunu ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X13 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X21 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 20 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1474 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X38 məxsus plastik kartdan 11 may 2021-ci il tarixdə 60 manat pulunu çıxardıb ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X13 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X11 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 08 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1338 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 30 aprel 2021-ci il tarixdə X39 bankomatdan 297 manat pulu çıxardıb ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X13 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X11 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 26 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1930 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 16 iyun 2021-ci il tarixdə Bərdə rayonu, Yenidaşkənd kəndində X82 oğlunun 260 manat pulunu mənimsəmiş şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X13 Bölməsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan subutlarla müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs 13 may 2021-ci il tarixdə vətandaş Bəxşalıyeva Sərmayə Adigözəl qızının kartından 450 manat pulunu, 06 aprel 2021-ci il tarixdə Bərdə rayonu, Hüsənli kəndində yaşayan X2 500 manat pulunu, 07 iyun 2021-ci il tarixdə X4 dələduzluq yolu ilə 100 manat pulunu, 21 fevral 2021-ci il tarixdə X52 məxsus kartdan dələduzliuq yolu ilə 177 manat pulunu, 16 iyun 2021-ci il tarixdə Bərdə rayonu, Yenidaşkənd kəndində X40 aldadaraq 260 manat pulunu, 30 aprel 2021-ci il tarixdə X39 bankomatdan 297 manat pulunu, 19 sentyabr 2020-ci il tarixdə X10 plastik kartından 168 manat pulunu, 24 may 2021-ci il tarixdə X15 bankomatdan 314 manat pulunu, 20 may 2021-ci il tarixdə X47 təqaüd kartından 73 manat pulunu, 11 may 2021-ci il tarixdə Bərdə şəhəri ərazisində X38 məxsus kartdan 60 manat pulunu, 14 iyun 2021-ci il tarixdə Bərdə şəhəri, Kapital Bankın qarşısında X37 aldadaraq 259 manat pulunu, 14 iyun 2021-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndində X59 aldadaraq 481 manat pulunu oğurlayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafı, protokol tərtib etmiş polis əməkdaşlarının və zərərçəkmiş şəxslərin izahatları, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində ictimai işlər növündə tənbeh tədberi tətbiq edilməli və inzibati xətalar qanunvericiliyinə uyğun olaraq onun üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs vətən müharibəsində iştirakı məsuliyyətini yüngülləşdirən haldır, ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli “Laçının azad olunmasına görə, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onun yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs içtimai işlər növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Zərərçəkmiş şəxslər onlara dəyən ziyanın ödənilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın Şəxs tutularaq ödənilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36-cı inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş zərərlər barəsində inzibati icraat aparılan şəxsdən tutulmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36, 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, Bərdə Rayon Polis X13 Bölməsindən daxil olmuş MN 1136106, MN ******* , MN ******* , MN ******* , MN ******* , MN ******* , MN ******* , MN ******* , MN ******* , MN ******* , MN ******* , MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə törətdiyi inzibati xətaya görə 160 saat içtimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur Zərərçəkmiş şəxs X62 dəymiş ziyan, yəni 481 manat Şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilsin. Zərərçəkmiş şəxs X43 dəymiş ziyan, yəni 259 manat Şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilsin. Zərərçəkmiş şəxs X44 dəymiş ziyan, yəni 260 manat Şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilsin. Zərərçəkmiş şəxs X45 dəymiş ziyan, yəni 60 manat Şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilsin. Zərərçəkmiş şəxs X55 dəymiş ziyan, yəni 73 manat Şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilsin. Zərərçəkmiş şəxs X12 dəymiş ziyan, yəni 314 manat Şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilsin. Zərərçəkmiş şəxs X18 dəymiş ziyan, yəni 168 manat Şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilsin. Zərərçəkmiş şəxs X50 dəymiş ziyan, yəni 297 manat Şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilsin. Zərərçəkmiş şəxs X52 dəymiş ziyan, yəni 177 manat Şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilsin. Zərərçəkmiş şəxs X56 dəymiş ziyan, yəni 100 manat Şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilsin. Zərərçəkmiş şəxs X30 dəymiş ziyan, yəni 500 manat Şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilsin. Zərərçəkmiş şəxs X7 dəymiş ziyan, yəni 450 manat Şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilsin. Qərarın icrası yaşayış yeri üzrə İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-719/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-719/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver