Məhkəmə qərarları › İş №3(021)-720/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-720/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-720/2021 08.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 12 avqust 1980-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatda olan və yaşayan barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki, Bərdə Rayon Polis X4 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 08 may 2021-ci il tarixdə Bərdə rayonu Yenidaşkənd kəndində öz yaşadıqları evdə qardaşının həyat yoldaşı X6 məxsus Samsunq J-2 markalı mobil telefonu sındırmışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 08 may 2021-ci il tarixdə Bərdə rayonu, Yenidaşkənd kəndində yaşadıqları evdə qardaşının həyat yoldaşı X6 məxsus Samsunq J-2 markalı telefonu sındırmayıb, əksinə onlar onların evlərinin pəncərəsini dəfəflərlə sındırıblar, atası şəkər xəstəsidir onun daima əsəbləşdirirlər, komunal xərcləri ödəmilər, onların əlindən qohum-əqrəbə onlara gələ bilmir. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X8 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 13 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1445 və HK-1-1446 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi, X2 barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün, həmçinin, X7 və X1 aralarında mütəmadi olaraq münaqişə yaranaraq mübahisə etdiklərini nəzərə alıb, həmin şəxslərlə profilaktiki söhbətlər aparılması və gələcəkdə hər hansı bir cinayət hadisəsinin baş verməsinin qarşısını almaq məqsədi ilə tərəflərin münaqişəli tərəf kimi qeydiyyatda alınması üçün qərarın sürəti Bərdə rayon pols X5 Bölməsinin verilməsi qərara alınmışdır X6 müraciətində göstərdiyi digər xüsusatlara bağlı işin hallarından asılı olaraq xüsusi ittiham və mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. İşin baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmişidir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iş materiallarını araşdırıb hesаb edir ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Polis X4 Bölməsi tərəfindən tərtib edilmiş 03 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 08 may 2021-ci il tarixdə Bərdə rayonu Yenidaşkənd kəndində öz yaşadıqları evdə qardaşının həyat yoldaşı X6 məxsus Samsunq J-2 markalı mobil telefonu sındırmışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə materialdan görünür ki, Şəxs oğlu barəsində tərtib edilmiş 03 iyul 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol 08 may 2021-ci il tarixdə Bərdə rayonu Yenidaşkənd kəndində öz yaşadıqları evdə qardaşının həyat yoldaşı X6 məxsus Samsunq J- 2 markalı mobil telefonu sındırmağı olmuşdur. Lakin həmin protokol münaqişəli olan ailədə yaşayn X3 şikayəti əsasında tərtib edilmişdir. Qeyd edilən faktı təsdiq edə biləcək hər hansısa bir sübut iş materiallarında mövcud deyildir. Bundan başqa qeyd edilən Samsunq J- 2 markalı mobil telefonunun məhz Şəxs tərəfindən sındırılması iş materialları ilə sübut olunmur. Azərbaycan Resapublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRAR ALDİ Şəxs oğlu oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar