Məhkəmə qərarları › İş №3(021)-723/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-723/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-723/2021 08.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Bərdə rayonunda anadan olmuş, evli, Bərdə rayon Qaradəmirçi kəndində yaşayan Şəxs oğlunun barəsində Bərdə rayon Polis Şöbəsindən daxil olmus, Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 08 iyul 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında 08 iyul 2021-ci il tarixli MN № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, 01.05.2021-ci il tarixdə Şəxs oğlunun üzərində 0.295 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 ifadəsində bildirdi ki, 01.05.2021-ci il tarixdə Şəxs oğlunun üzərində 0.295 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs oğlu ifadəsində törətdiyi əməli etiraf edərək əməlindən peşmançılıq hissi keçirdiyini bildirdi. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X6 oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01.05.2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1/1342 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə polis şöbəsinin İTB-nə verilmişdir. Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Bərdə rayon polis şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 01 may 2021-ci il tarixli 16/407 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “Şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə” sözləri yazılmış kağız paketdəki, 1 ədəd ağ rəngəli kağız bükümdə təmiz 0.295 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmə işdə iştirak edən şəxslərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında 08 iyul 2021-ci il tarixli MN № ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs oğlunun şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXMnin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 206, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs oğlu Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar