Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-725/2021 14.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, X7 iclas katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, 07 dekabr 1996-ci il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində anadan olmuş, evli, Bərdə rayonu Balqəcər kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-732/2021 nömrəli 03 iyun 2021-ci il tarixli icra sənədi üzrə 1980 manat ödənilməmiş aliment borcu yaranmışdır, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-732/2021 nömrəli 03 iyun 2021-ci il tarixli icra sənədi üzrə 1980 manat X8 olan borc Şəxs tərəfindən ödənilməmişdir. Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Məhkəmədən Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X3 Həbib Nəhayət oğlunun ona olan 1980 manat borcundan bu günə qədər ödəniş etməmişdir. Ona olan borcun ödənilməsini hissə-hissə tələb edir. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-732/2021 nömrəli 03 iyun 2021-ci il tarixli icra sənədi üzrə 1980 manat X8 ödəməlidir. Qarayeva Nərmin uşaqları ona göstərmədiyinə görə, ödəniş etməkdən imtina edir. Ümumilikdə neçə ki, yaşayır alimenti ödməyəcəkdir. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-732/2021 nömrəli 03 iyun 2021-ci il tarixli icra sənədi üzrə 09 avqust 2017-ci ildə doğulmuş X6, 13 iyun 2019-cu ildə doğulmuş X9 və 15 sentyabr 2020-ci ildə doğulmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs 18 yanvar 2021-ci il tarixdən hər ay, hər uşağa görə 110 (yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat miqdarında aliment alınaraq iddiaçı X8 verilməlidir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək belə qənaətə gəlir ki, tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, icra məmurunin izahatı, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 14 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 732/2021 nömrəli 03 iyun 2021-ci il il tarixli icra sənədi üzrə 1980 manat olan borcdan X8 pul ödəməmişdir. Borcunu ödəməkdən yayınmışdır. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini üzürlü səbəblər olmadan icra etməmiş, ona dəfələrlə xəbərdarlıq məktubları göndərilərək izahat alınmışdır. Bundan başqa Şəxs məhkəmə iclasında qəti şəkildə həmin aliment borcunu ödəməyəcəyini, bunda sonra da qətnamənin icrasından yayınacağını bildirdi. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 14 iyul 2021-ci il tarixdən saat 11:10-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-725/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-725/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver