Məhkəmə qərarları › İş №3(021)-727/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-727/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-727/2021 14.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X7 iclas katibliyi, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Ağdam rayonu Şahbulaq kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Ağdam rayonu Şahbulaq kəndində qeydiyyatda olan və Bərdə rayonu Lək kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində 13.07.2021-ci il tarixdə Bərdə RPŞ-də İXM- nin 535.1 və 510-cu maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 13.07.2021-ci il tarixdə saat 18:30 radələrində Bərdə şəhəri, U.Hacıbəyov küçəsində nalayiq sözlərdən istifadə edrərək ucadan söyüş söymüş, ərazidə xidmət aparan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon Polis şöbəsinin sahə rəisi X3 izahatında göstərdi ki, 18.06.2021-ci il tarixdə X6 DİN-nin 102 xidmətinə zəng edərək bacısı Yasəmənin oğlu Şəxs tərəfindən təhqir olunaraq hədələnməsini bildirmişdir. X1 həmin tarixdə ərizə ilə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək oğlu Şəxs tərəfindən təhqir olunaraq hədələnmişdir. Bundan başqa Şəxs 13.07.2021-ci il tarixdə saat 18:30 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində sərxoş vəziyyətdə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş, ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. 18.06.202 l-çi il tarixdə edilən şikayətlə əlaqədar əlaqədar PŞ-nin TB-də araşdırma aparılmış və təhqiqaçı F.Hüseynovun 25.06.2021 -ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək. Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. Odur ki, Şəxs barəsində müvafiq protokol tərtib edilərək rayon məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş X5 çıxış edərək bildirmişdir ki, Şəxs onun oğludur. Cavanşir sərxoş halda 18.06.2021-ci il tarixdə onu nalayiq sözlərlə təhqir edib hədələdiyi üçün ərizə ilə RPŞ-nə şikayət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək ifadıəsində göstərmişdir ki, həmin vaxt spirtli işki qəbul etdiyi üçün sərxoş olmuşdur. Törətdiyi əməldən peşimandır. Bir daha belə hallara yol verməyəcəyini bildirdi. Nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə rayon Polis şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli protokolda göstərilmişdir ki, 18.06.2021-ci il tarixdə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bərdə rayon Polis şöbəsinin sahə rəisi X12 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 13.07.2021- ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi içkili vəziyyətdə səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. İnzibati işin materiallara əlavə edilmiş 13.07.2021-ci il tarixli inzibati qaydad tutma haqqında protokoldan görünür ki, Şəxs 13.07.2021-ci il saat 20:30-dan inzibati qaydada tutulmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə № 8180, 13.07.2021-ci il tarixli aktından görünür ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddəyə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. Həmçinin, İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, 18.06.2021-ci il tarixdə X6 DİN-nin 102 xidmətinə zəng edərək bacısı Yasəmənin oğlu Şəxs tərəfindən təhqir olunaraq hədələnməsini bildirmişdir. X1 həmin tarixdə ərizə ilə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək oğlu Şəxs tərəfindən təhqir olunaraq hədələnmişdir. Bundan başqa Şəxs 13.07.2021-ci il tarixdə saat 18:30 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində sərxoş vəziyyətdə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş, ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. 18.06.2021-ci il tarixdə edilən şikayətlə əlaqədar PŞ-nin TV-də araşdırma aparılmış və təhqiqatçı F.Hüseynovun 25.06.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. Bununla da Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-ın 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta tərədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlaklıf barə'sində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığım, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə almır. Həmin Məcəllənin 33.1.2-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi hesab edilir. Şəxs məsuliyyətinin ağırlaşdıran hal məhkəmə iclasında müəyyən edilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun əməlindən peşiman olmasıdır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, İXM-in 535.1-ci maddəsinin sanksiyasında 200 manat cərimə nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin işdən müəyyən edilir ki, Şəxs 13.07.2021-ci il tarixdə , saat 20:30-da inzibati qaydada tutulmuşdur. Belə olan halda İXM-in 535-ci maddəsinin sanksiyasında 200 manat məbləğində cərimə nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs inzibati qaydada tutulduğu müddətdət nəzərə alınmaqla 150 manat cərimə tənbehi tətbiq edilməli, Şəxs barəsində seçilmiş inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirləri olan inzibati qaydada tutma tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 23, 357, 360, 362, 365, 425-426 430- 432-ci maddələrini əldə rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 - ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat inzibati tənbeh növündə cərimə edilsin. Şəxs barəsində seçilmiş inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbiri olan inzibati qaydada tutma tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş və zərərçəkmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar