Məhkəmə qərarları › İş №3(021)-728/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-728/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-728/2021 14.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X7 iclas katibliyi, zərərçəkmiş şəxs X2 , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Bərdə rayonun Nifçi kəndində anadan olmuş, Bərdə şəhəri Nizmi küçəsi döngə 11, ev 24-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidmətində 14 iyul 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 13.07.2021-ci il tarixdə, saat 15:30 radələrində Khazar LX markalı, ** BT *** nömrəli avtomobili ilə işıqforun qırmızı işığında hərəkət edib yolu dönmək istəyən VAZ 21214 markalı, ** LK *** nömrəli avtomobil ilə toqquşmuşdur. Hadisəyə səbəb həmin avtomobilin işıqforun qırmızı işığında hərəkət etməsi olmuşdur. Avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X5 məxsus VAZ 21214 markalı, ** LK *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili vurmamışdır, əksinə onun avtomobili vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, 13.07.2021-ci il tarixdə, saat 15:30 radələrində Şəxs 13.07.2021-ci il tarixdə, saat 15:30 radələrində Khazar LX markalı, ** BT *** nömrəli avtomobili ilə işıqforun qırmızı işığında hərəkətdə edib VAZ 21214 markalı, ** LK *** nömrəli avtomobil ilə yolu dönmək istəyərkən onun avtomobilini vurmuşdur. Toqquşma baş verən zaman o, avtomobilində tək olmuşdur, heç bir xəsarət almamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: AR DİN-nin DYPİ-nin Yol-Patrul Xidməti inspektoru, polis serjantı X6 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 13.07.2021-ci il tarixdə, saat 15:30 radələrində Khazar LX markalı, ** BT *** nömrəli avtomobili ilə işıqforun qırmızı işığında hərəkət edib yolu dönmək istəyən VAZ 21214 markalı, ** LK *** nömrəli avtomobil ilə toqquşmuşdur. Hadisəyə səbəb həmin avtomobilin işıqforun qırmızı işığıa hərəkət etməsi olmuşdur. Avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Yol-nəqliyyat hadisəsinin sxemindən müəyyən edilir ki, hadisə Khazar LX markalı, ** BT *** nömrəli avtomobilin işıqforun qırmızı işığında hərəkət edib yolu dönmək istəyən VAZ 21214 markalı, ** LK *** nömrəli avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində Khazar LX markalı, ** BT *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin qabaq buferi, sol qabaq qanadı, VAZ 21214 markalı, ** LK *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadı, qabaq buferi əzilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş 13 iyul 2021-ci il tarixli, 877 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən zaman Şəxs Məhəmməd oğlunda sərxoşluq əlaməti olmamış, ayıq vəziyyətdə olmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş 13 iyul 2021-ci il tarixli, 878 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən zaman X1 əlaməti olmamış, ayıq vəziyyətdə olmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş X5 məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə “B1, B, C1,C” kateqoriyalı olmuşdur. İnzibati işin materiallarına əlavə olunmuş AE seriyalı, 055017 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21214 minik markalı, ** LK *** dövlət nömrə nişanlı avtomobil X4 adına qeydiyyatdadır. İnzibati işin materiallarına əlavə olunmuş ƏN-Vİİ № 733029 saylı Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamədən görünür ki, VAZ 21214 minik markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobil X5 idarə etmək üçün etibar olunmuşdur. İnzibati işin materiallarına əlavə olunmuş AD seriyalı, 914455 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, azar LX markalı, ** BT *** nömrəli avtomobil Şəxs adına qeydiyyatdadır. İlkin qiymətləndirmə Aktından görünür ki, X4 mülkiyyətində olan VAZ 21063 markalı 02BO619 dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin ümumi dəyəri 1033 manat təşkil edir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 13.07.2021-ci il tarixdə, saat 15:30 radələrində Khazar LX markalı, ** BT *** nömrəli avtomobili ilə işıqforun qırmızı işığında hərəkət edib yolu dönmək istəyən VAZ 21214 markalı, ** LK *** nömrəli avtomobil ilə toqquşmuşdur. Hadisəyə səbəb Khazar LX markalı, ** BT *** nömrəli avtomobilin işıqforun qırmızı işığında hərəkət etməsi olmuşdur. Həmçinin Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Bundan sonra onun barəsində İXM-in 332.4-cü maddəsi ilə 14.07.2021-ci il tarixli, İXP 401059 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan tənbeh növlərindən birinin seçilməsi məsələsinə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib, barəsində dörd yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar