Məhkəmə qərarları › İş №3(021)-728/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-728/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-728/2024 20.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Bərdə rayon Polis şöbəsinin X1 sahə rəisi, X2, Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 20 sentyabr 1963-cü il tarixdə Laçın rayonunda doğulmuş, evli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Q.B.Zakir küçəsində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 döymüşdür. Məhkəmə iclasında Bərdə rayon Polis şöbəsinin X1 sahə rəisi, X4 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 döymüşdür. Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə aralarında yaranmış münaqişə nəticəsində onu döymüşdür. Hazırda Şəxs ilə barışmışlar. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə mübahisə etmişlər. Hal-hazırda Zərərçəkmiş şəxs2 ilə barışmışlar. Barışdıqlarını nəzərə alaraq məhkəmədən icraata xitam verilməsini xahiş etdi. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 döymüşdür . Bərdə Bərdə rayon X5 Bölməsinin təhqiqatçısı polis mayoru X3 tərəfindən qəbul 22 may 2024-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətinə əsasən Şəxs əməlində cinаyət tərkibi оlmаdığından inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından cinayət işininin başlanması rədd edilərək barəsində 20 iyun 2024-cü il tarixə Bərdə rayon X6 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, zərərçəkmiş şəxs Şəxs ilə barışdığından icraata xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Şəxs ilə barışdıqlarını və ona qarşı heç bir şikayət və tələbin olmadığının qeyd edərək işə xitam verilməsinin xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs ilə Zərərçəkmiş şəxs2 barışmışlar. Zərərçəkmiş şəxs2 heç bir şikayət və tələbi yoxdur. Bu faktlar sahə rəisinin və zərərçəkmiş şəxsin məhkəmə iclas zalında izahatında da öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində İXM-nin 39.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışdıqdığından həmin iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə Şəxs barışması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar