Məhkəmə qərarları › İş №3(021)-729/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-729/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-729/2021 14.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X13 oğlunun iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəx X3 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə, Bərdə rayon Qarayusifli kəndində anadan olmuş, Bərdə rayon Qarayusifli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 14 iyul 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Bərdə rayon H.Əliyev prospektində VAZ2101 markalı 10HA825 dövlət nömrə nişanlı avtomobilli ilə ötmə əməliyyatı edərkən qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdən hərəkətdə olan VAZ 21063 markali 02BO619 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əməlinin məsuliyyətini dərk edir və etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X9 bildirdi ki, avtomobilinə ziyan dəyib, özü xəsarət almamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə rayon DYPİ-nin YPX-nin inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş İXP4070761 nömrəli protokolda göstərilmişdir ki, Bərdə rayon H.Əliyev prospektində VAZ2101 markalı 10HA825 dövlət nömrə nişanlı avtomobilli ilə ötmə əməliyyatı edərkən qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdən hərəkətdə olan VAZ 21063 markali 02BO619 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Yol-nəqliyyat hadisəsinin sxemindən müəyyən edilir ki, VAZ2101 markalı 10HA825 dövlət nömrə nişanlı avtomobil VAZ 21063 markalı 02BO619 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş 10.07.2021-ci il tarixli, 862 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən zaman Şəxs sərxoşluq əlaməti olmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş 10.07.2021-ci il tarixli, 861 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən zaman X1 əlaməti olmamışdır. İnzibati işin materiallarına əlavə olunmuş AC seriyalı, 430921 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21063 markalı 02BO619 dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyatdadır. İnzibati işin materiallarına əlavə olunmuş ƏN-V № 614068 saylı Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamədən görünür ki, 02BO619 dövlət qeydiyyat nişanlı avtomobil X7 idarə etmək üçün etibar olunmuşdur. İnzibati işin materiallarına əlavə olunmuş AE ******* sürücülük vəsiqəsinin surətindən görünür ki, X3 BC kateqoriyası üzrə sürücülük hüququ olmuşdur. İnzibati işin materiallarına əlavə olunmuş AD seriyalı, 816287 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 2101 markalı 10HA825 dövlət qeydiyyat nişanlı avtomobil Şəxs adına qeydiyyatdadır. İlkin qiymətləndirmə Aktından görünür ki, X2 mülkiyyətində olan VAZ 21063 markalı 02BO619 dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin ümumi dəyəri 1033 manat təşkil edir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs sürücülük hüququ olmadan avtomobil idarə edərkən Bərdə rayon H.Əliyev prospektində 1.3 üfüqi nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdən hərəkətdə olan VAZ 21063 markalı 02BO619 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bundan sonra onun barəsində İXM-in 332.4-cü maddəsi ilə 14.07.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs oğluna məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs oğlunun həmin maddə ilə təqsirli bilinib, barəsində dörd yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs oğlu İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: imza var Əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar