Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-73/2025 25.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X7 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ) Bərdə şəhər Bələdiyyəsinin sədri X9 iştirаkı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) Bərdə şəhər Bələdiyyəsinin sədri X14 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X14 İXM-in 253-1.4-cü maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X14 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsi tərəfindən onun barəsində MN1786474 saylı xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında Qərarla AR İXM-nin 253-1.4-cti maddəsi əsasında 1000 (min) manat cərimə tənbehi tətbiq etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvəstlər İdarəsi özünün inzibati qərarını bununla əsaslandırmışdır ki. guya o vəzifəli şəxs olaraq Bərdə rayon E.Əsədov küçəsində iki ədəd tut ağacının mühafizəsi tədbirləri bələdiyyə tərəfindən həyata keçirilməmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati xətaq haqqında MİSİ 7864 74 saylı xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında Qərar ləğv edilməlidir. Belə ki, xx.xx.2024-eii il tarixdə Bərdə rayon şəhid E.Əsədov küçəsində yaşayan elə həmin şəhidin anası Fəridə Əsədova yazılı ərizə ilə bələdiyyəyə müraciət edərək yaşadığı evin qarşısında iki qurumuş çəkil ağaeııımın kəsilməsinə köməklik göstərilmsini xahiş etmişdir. Bununla əlaqədar tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvəstlər İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin DE ekspertiza agentliyinin onlara ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-14-22/2- 1791/2024 saylı məktubunda onlara bildirlir ki, sözügedən ünvanda (şəhid E.Əsədov küçəsində) şəhid anasının narahtlıq ifadə etdiyi ağcalara baxış keçirlərək 2024-cü il 30 oktyabr tarixli 157 saylı akt əsasında ağacların bioloji inkişafdan dayanaraq quruduğu qeyd edilmişdir.Məktubda əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 526 saylı qərarı ilə təsdiq edilmiş “yaşıllıqlaırn mühafizəsinə nəzarətin həyata keçirlməsi qaydasının 3.3-cü bəndinə əsasən müvafiq inzibati tədbirlər görüldükdən və həmin ağacların hər birinin yaxın ətrafında müvafiq mövsümdə yeni tinglər əkildikdən sonra aidiyyəti qurum tərəfindən məsələyə münasibət bildirləcəkdir. Həmçinin, Azərbaycan Respublikasi Qida Təhlükəsizliyi X1rın xx.xx.2024-eii il tarixli 427/2024-saylı məktubuna yazılı qaydada verdiyi xx.xx.2025-ei il tarixli cavabda bildirilmişdir ki, 2 ədəd tut ağacına baxış keçilrib, baxışda müəyyən olunmuşdur ki, ağaclarda xəsətlik, zərərverici və ya onlaırn izləri müşahidə edilməmiş, həmçinin mövsümlə əlaqədar nümunə götürlməsi məqəsdəuyğun hesab edilmir. Bütün bu rəsmi yazışmalara və sənədləşdirmə işlərinə baxmayaraq, 9 saylı Regional Ekologiya və Təbii Sərvəstlər İdarəsi əsassız yerə, qanuni və hüquqi əsası olmadanonun barəsində 1000 (min) manat inzibati cərimə tətbiq etmişdir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) Bərdə şəhər Bələdiyyəsinin sədri X14 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin tərtib etdiyi MN № ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilməsinə baxmayaraq həmin İdarənin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən X10 dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Bələdiyyəsinin 02 fevral 2023-cü il tarixli 03 saylı iclas protokolunun surətindən görünür ki, X6 şəhər Bələdiyyəsinin sədri seçilmişdir. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 27 yanvar 2025- ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X14 2024-cü ilin noyabr-dekabr aylarında Bərdə şəhəri E.Əsədov küçəsində 2 ədəd tut ağacının mühafizə tədbirlərini görməmiş, ağaclar qurumuş,nəticədə İXM-nin 253-1.4-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bərdə şəhəri E.Əsədov küçəsinin sakini X13 tərəfindən Bərdə şəhər Bələdiyyəsinin sədri Ruslan Əhmədova ünvanlanmış ərizədən görünür ki, Fəridə Əsədova yaşadığı evin qarşısında qurumuş çəkil ağacının kəsilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Agentliyi tərəfindən Bərdə Bələdiyyəsinə ünvanlanmış 16 noyabr 2024-cü il tarixli, 3-14-22/2- 1791/2024 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında X8 yaşadığı fərdi yaşayış evinin qarşısındakı ağacların götürülməsinə dair 14 oktyabr 2024-cü il tarixli 167 nömrəli məktuba baxılmışdır.Məsələ ilə əlaqədar 9 saylı RETSİ-nin və 13 saylı Regional Meşə təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən yerində birgə baxış keçirilərək tərtib edilmiş (2024-cü il 6 noyabr tarixli, 99/433/d nömrəli məktubu ilə daxil olmuş) 2024-cü il 30 oktyabr tarixli 157 nömrəli baxış aktında həmin anvanda 2 ədəd tut ( d=25 sm, 34 sm) ağacının gövdələrinin həşəratlarla sirayətlənməsi) nəticəsində bioloji inkişafdan dayanaraq quruduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli, 3-44-5/2-8/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsi tərəfindən ünvan 4 ünvanında qarşısında olan 2 ədəd tut ağacına baxış keçirilmişdir. Baxış zamanı vizual olaraq hər hansı xəstəlik zərərverici və ya izləri müşahidə edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X14 İXM-in 253-1.4-cü maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X14 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İXM-in 253-1.4-cü maddəsinə əsasən. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Agentliyi tərəfindən Bərdə Bələdiyyəsinə ünvanlanmış 16 noyabr 2024-cü il tarixli, 3-14-22/2-1791/2024 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında X8 yaşadığı fərdi yaşayış evinin qarşısındakı ağacların götürülməsinə dair 14 oktyabr 2024-cü il tarixli 167 nömrəli məktuba baxılmışdır.Məsələ ilə əlaqədar 9 saylı RETSİ-nin və 13 saylı Regional Meşə təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən yerində birgə baxış keçirilərək tərtib edilmiş (2024-cü il 6 noyabr tarixli, 99/433/d nömrəli məktubu ilə daxil olmuş) 2024-cü il 30 oktyabr tarixli 157 nömrəli baxış aktında həmin anvanda 2 ədəd tut ( d=25 sm, 34 sm) ağacının gövdələrinin həşəratlarla sirayətlənməsi) nəticəsində bioloji inkişafdan dayanaraq quruduğu qeyd edilmişdir. Belə olan halda ünvan 5 ünvanında yerləşən 2 ədəd tut ağacı qərəzli şəkildə məhv edilməmişdir. Bundan başqa elə Dövlət X5 həmin məktubunda diqqətə çatdırılmışdır ki, AR NK-nin 2016-cı il 14 iyun tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydasının” 3.1-ci bəndinə əsasən yaşıllıqların xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə profilaktiki və fitosanitar tədbirlər fiziki və hüquqi şəxslər, bələdiyyələr istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin elmi –praktik dəstəyi ilə həyata keçirilməli, qaydanın 3.2-ci bəndinə əsasən isə yaşıllıqların karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri “Fitosanitar nəzarəti haqqında” qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilməlidir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi bələdiyyələr mülkiyyətində və ya istifadələrində olan torpaq sahəsinə münasibətdə yaşıllıqlara qulluq etməli və onları zərərvericilərdən mühafizə etməli və bu tədbirlər Kənd Təsərrüfatı Nazirliyinin elmi-praktik dəstəyi ilə, yaşıllıqların karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri isə AQTA tərəfindən həyata keçirilməlidir. İşə əlavə edilmiş AQTA-nın Bərdə Bələdiyyəsinin sədri Ruslan Əhmədova ünvanladığı 07 yanvar 2025-ci il tarixli məktubundan isə görünür ki, məktubda göstərilənlərə əsasən ünvan 7 ünvanının qarşısında olan 2 ədəd tut ağacına tərəflərindən baxış keçirilərək hər hansı xəstəlik, zərərverici və ya izləri müşahidə edilməmişdir. Mövsümlə əlaqədar olaraq da ağaclardan nümunə götürülməsi də məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə hesab edir ki, iş materiallarından 2 ədəd tut ağacının yerləşdiyi ünvan 8 ünvanının Bərdə Bələdiyyəsinin mülkiyyətində olması iş materialları ilə sübut edilmir və cərimə tətbiq edən səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. Həmçinin, əgər ağaclar bələdiyyənin mülkiyyətində yerləşirdisə də həmin yaşıllıqlara münasibətdə zərərvericilərdən mühafizəsi üçün KTN-nin elmi-praktik dəstəyinin olması da iş materiallarından görünmür. Yəni yaşıllıqların mühafizəsi üzrə zərərvericilərə qarşı mübarizə aparmaq yalnız bələdiyyənin vəzifəsi deyil. Həmçinin, bələdiyyə özü vətəndaşın müraciətini nəzərə alaraq 2 ədəd tut ağacının kəsilməsinə rəy verilməsi üçün X11 Agentliyinə müvafiq məktubla müraciət etmişdir. Bundan başqa işdə olan AQTA-nın məktubundan 2 ədəd tut ağacında hər hansı xəstəlik və zərərverici və izləri müşahidə edilməmişdir və mövsümə uyğun olaraq 2 ədəd tut ağacından nümunə götürülməsi də məqsədəuyğun hesab edilməmişdir. X11 Agentliyi isə 9 saylı RETSİ və 13 saylı X12 Mərkəzinin əməkdaşlarının 30 oktyabr 2024-cü il tarixli baxış aktına əsasən ünvan 8 ünvanındakı 2 ədəd tut ağacının gövdələrinin həşəratların sirayətlənməsi nəticəsində bioloji inkişafdan dayanaraq quruduğunu qeyd etmişdir. Lakin, Bərdə Bələdiyyəsinin sədri Ruslan Əhmədov barəsində inzibati tənbeh tətbiq etmiş 9 saylı RETSİ-nin əməkdaşları hazırki məhkəmə işində iştirak etməmiş və ağacların zərərvericilərdən sirayətlənməsi nəticəsində quruması ilə bağlı baxış aktı və inzibati tənbehin verilməsinə səbəb olan digər sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, AQTAnın məktubu ilə X5 məktubunda haqqında bəhs edilən baxış aktı ziddiyyət təşkil edir və bu hal 2 ədəd tut ağacının xəstəlikdən quruması faktını sual altında qoyur. Məhkəmə hesab edir ki, həmin məsələ inzibati tənbeh verən səlahiyyətli orqan olan 9 saylı RETSİ-nin əməkdaşları tərəfindən dərindən araşdırılmalı, zərurət olarsa iş ekspertizaya göndərilməli və ekspertin rəyi alınmalıdır. Çünki, iş materialları ilə ağacların xəstəlik və zərərvericilərin təsiri nəticəsində quruması və ya ümumiyyətlə quruması faktı öz təsdiqini tapmır və müəyyən olunmur. Belə olan halda Bərdə Bələdiyyəsinin vəzifəli şəxsinin inzibati qaydada cərimə edilməsi yolverilməzdir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət qismən təmin edilməli, X14 barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş materialları yenidən araşdırma aparılması və baxılması üçün səlahiyyətli orqan olan 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən X14 barədə tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, iş materialları yenidən araşdırma aparılması və baxılması üçün səlahiyyətli orqan olan 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-73/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-73/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver