Məhkəmə qərarları › İş №3(021)-732/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-732/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-732/2021 27.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam X8 Reklam İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinməsi üçün X13 İdarəsi tərəfindən 08 iyun 2021-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X8 Reklam İdarəsinin nümayəndəsi X7 bildirdi ki, 08 iyun 2021-ci il tarixdə Bərdə şəhəri, Bakı şəhəri küçəsində yerləşən “X15 MMC”-nin açıq məkanda reklam yayımına dövlət nəzarəti həyata keçirən zaman X10 fasadında müvafiq icazə müvafiq icazə almadan reklam yerləşdirmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq icazə almadan reklam yayımını davam etdirmişdir. “X15 MMC” 2018, 2019 və 2020-ci illər üçün müvafiq rüsumları və ödənişləri etmişdir. 2021-ci il üçün müvafiq xəbərdarlıq bildirişi göndərilmişdir. “X15 MMC”-nin qanunamüvafiq məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X4 izahatında bildirdi ki, X9raq reklam yayımına görə 2018-ci il, 2019-cu il, 2020ci illər ərzində vaxtı-vaxtında ödəniş etdiyini bildirmişdir. Ona Reklam İdarəsindən hər hansı bir xəbərdarlıq daxil olmayıb. Həmin yazı reklam xarakterli yazı deyildir. X12 Zavodu yazısı ona məxsus ərazidə binanın üzərində qeyd olunub və küçədən çox kənarda yerləşir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X8 Reklam İdarəsi tərəfindən tərtib edilmiş 08 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, 2021-ci ilin iyun ayında Bərdə şəhəri Bakı küçəsi ərazisində yerləşən Şəxs MMC-nin fasadında müvafiq icazə alınmadan reklam yerləşdirildiyi aşkar edilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X8 Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 08 iyun 2021-ci il tarixli aktdan da qeyd edilmişdir ki, Şəxs MMC-nin fasadında müvafiq icazə alınmadan reklam yerləşdirildiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş vergi uçotuna alınmış vergi odəyiciləri barədə məlumatın verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən edilmiş çıxarışda görünür ki, Şəxs MMC ********** saylı VEÖN nömrəsi ilə hüquqi şəxs qismində qeydiyyata alınmışdır. İş materialarına əlavə 11 saylı Ərazi Vergilər İdarəsinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəxs MMC 24 aprel 2013cü ildə qeydiyyata alınmış və onun qanuni təmsilçisi X3r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Reklam X8 Reklam İdarəsi tərəfindən tərtib edilmiş 0204 saylı 19 may 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs MMC-yə məxsus sahibkarlıq obyektinə aid açıq məkanda yerləşdirilmiş reklamlar qanunsuz yayımlanır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesаb edir ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə materialdan görünür ki, Şəxs MMC barəsində tərtib edilmiş 08 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol açıq havada reklam qaydalarının pozulması səbəbindən tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi həmin maddə ilə inzibati məsuliyyətin yaranması üçün sahibkar tərəfindən müəyyən hüquqa zidd hərəkət və ya hərəkətsizlik olmalıdır. Belə ki, Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən yaşayış binasında yerləşdirilən reklam onun təhlükəsiz istismarına, mənzillərin havalandırılmasına, təbii işıqlandırılmasına mane olmamalı, sakinlərin rahatlığını pozmamalı, ətraf mühit üçün təhlükə törətməməlidir. Həmin Qanunun 26.5-ci maddəsinə əsasən açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır. Həmin Qanunun 26.6-cı maddəsinə əsasən reklam qurğularının yol kənarında yerləşdirilməsi standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Həmin Qanununun 4.1-ci maddəsinə əsasən reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkildən də müəyyən edilir ki, Şəxs MMC-nin inzibati binasını fasadı üzərində olan “X16” yazıları əslində reklam xarakterli olmayıb, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü bildirir. Həmin lövhələr Şəxs MMC tərəfindən təklif edilən xidmətləri və istehsal olunan məhsulları, onların çeşidlərini özündə ehtiva etdirmir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbayca Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı Çıxarışın surətindən müəyyən olunur ki, "xxxx" X2 mülkiyyətində 0,742 ha torpaq sahəsi mövcuddur və onun üzərində tikililərin ümumi sahəsi 3414,3 kv.m-dr. Həmin tikililərə qeyri yaşayış sahələri olan “Çörək zavodu”, “Şirmiyyat evi” və “Gözətçi binası” daxildir. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Reklam X8 Reklam İdarəsi tərəfindən reklam kimi qeyd edilən yazılar xüsusi mülkiyyətdə olan torpaq üzərində inşa edilmiş binanın fasadında yerləşdirilmiş, həmin bina ilə ümumi yol arasındakı məsafə qeyd edilməmiş, ümumiyyətlə həmin yazıların açıq havada kənarda görünmə aspektləri, habelə reklam kimi qeyd edilən lövhələrin ölçüləri barəsində Azərbaycan Respublikası Dövlət Reklam X8 Reklam İdarəsi tərəfindən heç bir sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Reklam X8 Reklam İdarəsi tərəfindən ünvanlanmış xəbərdarlıq mətubunun Şəxs MMC-nin adından Muradov Akif tərəfindən alınması xəbərnamədə göstərilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəlləsinin 57.1-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. “X10” qanuni təmsilçisi X4 məhkəmə iclasında bildirdi ki, həmin inzibati xəta haqqında protokol barəsində xəbərdarlıq və ya bildiriş almamışdır. Xəbərnamənin Şəxs MMC-nin mühafizə əməkdaşı Muradov Akif tərəfindən alınması, sənədin ona çatmasını bildirilmir. Həmin şəxsin imza səlahiyyətinin olub-olmaması, həmçinin vəzifəsi qeyd edilməmişdir. Belə olan təqdirdə məhkəmə belə qaənaətə gəlir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin əməlində qeyd edilən maddə üzrə inzibati xəta tərkibi olmaması səbəbilə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRAR ALDİ Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin əməlində qeyd edilən maddə üzrə inzibati xəta tərkibi olmaması səbəbilə xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar