Məhkəmə qərarları › İş №3(021)-732/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-732/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-732/2024 21.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, Şikayətçi (barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs) X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə məhkəmə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilən X3 məhkəməyə şikayət verərək inzibati xəta haqqında iş üzrə Bərdə rayon X4 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolunun ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə İXM-in 329.1-ci, 333.1-ci maddələrinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə müvafiq qərardadla şikayətçi X2 geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında X1 şikayət etdiyi barəsində qəbul edilmiş qərar inzibati tənbeh verilməsinə dair və ya inzibati xəta haqqında iş üzrə qərar deyil. Belə ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmur, şikayətə isə inzibati tənbehvermə haqqında qərar deyil, inzibati xəta haqqında protokol əlavə edilmişdir. Məhkəmə isə inzibati xəta haqqında protokolun ləğvinə dair şikayətlərə baxmır. Buna görə də hazırki halda şikayət onu verən şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar