Məhkəmə qərarları › İş №3(021)-733/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-733/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-733/2021 16.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X4 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1987-cı ildə Laçın rayon Xırmanlar kəndində anadan olmuş, Laçın rayon Xırmanlar kəndində qeydiyyatda olmaqla Bərdə rayon Qaradağlı kəndində yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra şöbəsi tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon icra şöbəsinin icra məmuru X4 oğlu tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs oğluna icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X4 oğlu izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-679/2013 saylı , 17 may 2013-cü il tarixli icra sənədi üzrə Şəxs oğlunun X3 2280 manat aliment borcu yaranmışdır. Borclu Şəxs oğluna dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. Buna görə də Şəxs oğlu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, onkoloji xəstədədir. Cəmi 2000 manat aliment borcu qalmışdır, onu da ödəyəcəkdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs oğlunun əməlində inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-679/2013 saylı , 17 may 2013-cü il tarixli icra sənədi üzrə Şəxs oğlunun X3 2280 manat aliment borcu yaranmışdır . İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş Epikrizdən görünür ki, Şəxs oğluna “prefirik Thüceyrəli limfoma PKT-dən sonrakı vəziyyət” diaqanozu qoyulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, borcu Şəxs oğlu borcunu qərəzli şəkildə deyil, özündən asılı olmayan səbələrdən ödəyə bilməmişdir. Buna görədə onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar