Məhkəmə qərarları › İş №3(021)-736/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-736/2021

21.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-736/2021 21.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 16 iyun 2021-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 8, mənzil 46-da yaşayan X7 məxsus velosipedini oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 09 iyun 2021-ci il tarixdə Bərdə şəhəri, C.Cabbarlı küçəsi ev 5-də yaşayan X1 motorunu və bir ədəd ütüsünü oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 28 iyun 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospekti 116/75-də yaşayan X5 məxsus 26-lıq uşaq velosipedi oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 01 iyul 2021-ci il tarixdə X4 yük avtomobilindən 05 kiloqram elektrik naqilləri oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 29 iyun 2021-ci il tarixdə X6 Vaz 2104 dövlət nişanlı avtomobilindən 40-60 manat akkumulyatoru oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-735/2021 saylı, 3(021)-736/2021 saylı, 3(021)-737/2021 saylı, 3(021)-738/2021 saylı, inzibati işlər 3(021)-739/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 21 iyul 2021-ci il tarixdə saat 11:35-də Bərdə Rayon Məhkəməsinin inzibati binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş dövlət orqanının nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar