Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-74/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində Bərdə rayon X3 tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. X1 şikayətlə məhkəməyə müraciət edərək, Bərdə rayon X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolun ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli qərarın surətindən görünür ki, X1 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati icraat başlanılmışdır. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi qanunvericlikdə inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmamış, yalnız inzibati xəta haqqında qərardan şikayət nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarını qarşılıqlı şəkildə təhlil etməklə hazırki işə tətbiq etdikdə müəyyən olunur ki, qanunvericlikdə inzibati xəta haqında protokoldan şikayət nəzərdə tutulmadığından şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Bərdə rayonu Yol patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş İXP № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-74/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-74/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver