Məhkəmə qərarları › İş №3(021)-743/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-743/2021

24.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-743/2021 24.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxslər Bərdə rayon X9 Yol polis bölməsi, yol patrul xidməti inspektoru, polis baş serjantı X4, Bərdə rayon X9 Yol polis bölməsi, yol patrul xidməti inspektoru, polis baş serjantı X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1987-cı il tarixdə Bərdə şəhəri, Vaqif küçəsi ev 1, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Bərdə şəhəri, Vaqif küçəsi ev 1 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə Bərdə rayon Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, H. Əliyev prospektinda ona məxsus nəqliyyat vasitəsini Yol Polis Xidmətinin əməkdaşları tərəfindən saxlanılan zaman polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmə iclasında Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3 izahatında göstərdi ki, Şəxs 24 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, H .Əliyev prospektində Yol Polis Xidmətinin əməkdaşları tərəfindən saxlanılan zaman içkili olduğu məlum olub, polis əməkdaşlarına tabesizlik göstərmiş, söyüb təhqir etmişdir. Məcburi qaydada rayon Polis Şöbəsinə gətirilərək, izahatı alınmış, barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə rayon X9 Yol polis bölməsi, yol patrul xidməti inspektoru, polis baş serjantı X4 verdiyi izahatında göstərdi ki, 24 iyul 2021-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində xidmət aparan zaman Mersedes markalı ** UD *** nömrə nişanlı avtomobil tərəflərindən saxlanmışdır. Sürücüyə yaxınlaşıb sənədlərini istəyən zaman və spirtli içki qəbul edib-etmədiyi soruşduqda, o avtomobili sürüb qaçmışdır. Onun dalınca gedib qabağda saxladnılıb. Sürücü avtmobilindən düşən zaman polis əməkdaşlarınısöyüb təhqir etməyə başlayıb. Onlar onu nizam-intizama dəvət etsələr də, o onların ünvanına nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları onu həkim müayinəsinə aparıb sərxoşluq müayinəsindən keçirib daha sonra polis şöbəsinə gətiriblər. Həmin şəxs polis şöbəsinə aparılan zaman tabesizlik göstərmişdir. Barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə rayon X9 Yol polis bölməsi, yol patrul xidməti inspektoru, polis baş serjantı X5 zərərçəkmiş şəxs Bərdə rayon X9 Yol polis bölməsi, yol patrul xidməti inspektoru, polis baş serjantı X4 ilə eyni məzunlu ifadə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 24 iyul 2021-ci il tarixdə ona məxsus nəqliyyat vasitəsini idarə etdiyi zaman Yol Polis Xidmətinin əməkdaşları onu saxlamışdır. O sərxoş vəziyyətdə olmuşdur. Polis əməkdaşları ona məxsus nəqliyyat vasitəsinə həbs qoyulmasını izah edən zaman o, onlara qarşı hörmətsizlik edərək, onların ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də tələblərinə tabe olmayıb. Əməlindən peşmandır. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 24 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs 24 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektinda ona məxsus nəqliyyat vasitəsini Yol Polis Xidmətinin əməkdaşları tərəfindən saxlanılan zaman polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Şəxs Bərdə rayon X8 Təhlükəsizlik Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 24 iyul 2021-ci il tarixdən, saat 04:25-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar