Məhkəmə qərarları › İş №3(021)-744/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-744/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-744/2024 13.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, şikayət vermiş şəxs X3 və Bərdə Rayon Polis X12 Polisi Bölməsinin inspektoru X2 iştirakı ilə, Bərdə Rayon Polis X12 Polisi Bölməsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli EQ 21997093 saylı inzibati tənbeh verilməsi haqqında qərardan X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bərdə Rayon Polis X12 Polisi Bölməsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli, EQ 21997093 saylı inzibati tənbeh verilməsi haqqında qərara əsasən X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. X6 məhkəməyə şikayət ərizəsi ilə nüraciət edərək Bərdə Rayon Polis Şöbəsinin YPX-nin əməkdaşları tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikasının İXM-nin 346.2-ci maddəsi ilə barəsində 20 manat inzibati cərimə tənbeh növünün tətbiqini nəzərdə tutan 27 iyun 2024-cü il tarixli EQ 21997093 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Bərdə rayon YPX əməkdaşları 27 iyun 2024-cü il tarixdə ona məxsus olan MERCEDES BENZ E 220 CDİ minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə Bərdə rayonu Heydər Əliyev prospektində dayanmış vəziyyətində Azərbaycan Respublikasının İXM-nin 346.2-ci maddəsinin tərkibini təşkil edən inzibati xəta əməlinin törədilməsi əsası ilə 20 manat inzibati cərimə yazmışlar. Barəsində tərtib edilmiş inzibati xəta haqqında elektron protokolda və elektron qərarda ona qarşı irəli sürülən inziabti hüquqpozmada özünü təqsirli bilmir və haqqında Bərdə rayon YPX əməkdaşı tərəfindən tərtib olunmuş 27 iyun 2024-cü il tarixli EQ21997093 saylı inzibati xəta haqqında Elektron Qərarın ləğvini əsaslı hesab edir. Belə ki, ona məxsus MERCEDES BENZ E 220 CDİ minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə rayonu H.Əliyev prospektində dayanmışdır. YPX maşından düşmədən, əlindəki mobil telfonla , əyləşdiyi xidməti YPX maşını hərkətdə ola-ola onun avtomobiinin şəklini o maşının içində oturduğu vəziyyətdə çəkərək, daha sonra onu öz YPX əməkdaşına votsap ya başqa mesaj xidməti üzərindən göndərərək cəriməni mərkəzi Elektron informasiya sisteminə işləmişlər. O, qayda-qanuna dürüst riayət edən, qanunsevər bir vətəndaşdır. Nəqliyyat vasitəsini idarə edərkən də ictimai asayişi pozacaq hərkətlərə yol verməmişdir. Bərdə Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 3(021)-744/2024 saylı qərarına əsasən şikayət rədd edilmiş, X3 barəsində tərtib edilmiş EQ 21997093 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. X6 məhkəmənin qeyd olunan qərarından apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 3(104)-490/2024 saylı qərarına əsasən X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 3(021)-744/2024 saylı qərarının ləğv edilməsi, işin yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 3(104)-490/2024 saylı qərarında göstərilmişdir ki, “inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 apellyasiya şikayətinin dəlili kimi ona istinad etmişdir ki, dayanma və durma qaydalarını pozacaq yol nişanı 3.27 öz qüvvəsini “Сarayın çayxanası” deyilən yerdə itirir. Çünki həmin nişan Bərdədə “Аbinin yeri” deyilən kafenin qarşısında qoyulub, həmin yerdən saraya tərəf gələrkən isə sağa döngə döndüyü üçün həmin döngədən etibarən 3.27 nişanı öz qüvvəsini itirmiş olur. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs tərəfindən irəli sürülmüş bu kimi dəlillər birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmalı və bu hallara qiymət verilməlidir“. Apellyasiya məhkəməsi şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, xx.xx.2024-cü il tarixli, EQ 21997093 saylı qərarla X3 İXM-in 346.1-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir”. Məhkəmə iclasında şikayət verən şəxs X6 şikayəti müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, özünə məxsus MERCEDES BENZ E 220 CDİ minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə şəhəri “Saray” adlanan ərazidə yolun kənarında saxlamış, DYPB-nin əməkdaşları o maşında olaola maşının şəklini çəkmişlər. Şəkli düzgün çəkməmişlər. Həmin yerdə 3-5 dəqiqə dayanmış və DYPB əməkdaşlarının avtomobilini çəkdiyini görmüşdür. O, taksi fəaliyyəti ilə məşğul olur, həmin vaxt avtomobilindən sərnişin düşürmüşdür. Avtomobilin mühərrikini sondürməmiş, telefonla danışmışdır. Habelə o, dayanma və durma qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilmişdir. Dayanma və durmanı qadağan edən 3.27 yol nişanı “Abinin yeri” deyilən kafenin qarşısında qoyulub. Həmin nişanın olduğu yerdən avtomaşınının dayandığı yerə kimi iki yolayrıcı olduğuna görə, avtomaşınının dayandığı yerdə qadağanedici nişanın qüvvəsi olmamışdır. Göstərdiklərinin nəzərə alınmasını və şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş orqan Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru X4 göstərdi ki, X6 taksi fəaliyyəti ilə məşğul olur. Avtomobilini mütəmadi olaraq həmin yerdə saxlayır. Lakin dayandığı yerdə dayanmaq qadağandır işarəsi olduğuna görə həmin yerdə avtomobilin park edilməsi qanun pozuntusudur. Təlimata görə nişanın şəkli, avtomobilin şəkli arxadan, yandan çəkilməlidir. Şəkildə avtomobilin dövlət qeydiyyat nişanı görünməlidir. Dayanmaq qadağandır nişanı zonasında vətəndaş maşında olsa belə, inzibati xəta tərkibi yaranır. 27 iyun 2024-cü il tarixli EQ 21997093 saylı inzibati tənbeh verilməsi haqqında qərar qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edildiyindən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, şikayətin dəlillərini Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2024cü il tarixli, 3(104)-490/2024 saylı qərarında müəyyən edilən göstərişlər nəzərə alınmaqla araşdıraraq hesab edir ki, X3 İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 20 (iyirmi) manat məbləğində cərimə edilməsinə dair Bərdə RPŞnin DYPB-nin 27 iyun 2024-cü il tarixli EQ 21997093 saylı qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X6 xx.xx.1984cü ildə Bərdə rayonu Lək kəndində anadan olmuşdur, Bərdə rayonu Lək kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli 622 nömrəli arayışdan görünür ki, X1 rayonu Lək kəndində yaşayır. BC264105 seriyalı sürücülük vəsiqəsindən görünür ki, X5 “B1, B, C1, C” kateqoriya sürücülük hüququ verilmişdir. AD 913196 seriyalı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, MERCEDES BENZ E 220 CDİ minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” 27 iyun 2024-cü il tarixli, EQ 21997093 saylı Qərardan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X3 barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM): 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. 129.1-ci və 129.1.3-cü maddələrinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət və ya protest verilir. 346.1-ci maddəsinə görə, bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edildi ki, X6 27 iyun 2024-cü il tarixdə idarə etdiyi MERCEDES BENZ E 220 CDİ minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində dayanma və durma işarəsinin tələblərinə riayət etməmiş, avtomobili dayanma və ya durma qadağan edilmiş yerdə park etmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X6 şikayətində, apellyasiya şikayətində və Bərdə Rayon Məhkəməsinin iclasında verdiyi izahatında dayanma və durmanı qadağan edən 3.27 yol nişanının olduğu yerdən avtomaşınının dayandığı yerə kimi iki yolayrıcı olduğuna görə, avtomaşınının dayandığı yerdə qadağanedici nişanın qüvvəsi olmadığını, həmin nişanın öz qüvvəsini “Сarayın çayxanası” deyilən yerdə itirdiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 5-ci bəndinin Vİ hissəsində qeyd olunur ki, 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmuş digər ikinci dərəcəli yollarda kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Qanununun 13-cü maddəsinin 3cü hissəsində qeyd edilmişdir ki, qadağanedici və məhdudlaşdırıcı nişanların qüvvəsi quraşdırıldığı yerdən, əks nişanın quraşdırıldığı yerədək və ya növbəti yolayrıcınadək şamil edilir. Qadağa və məhdudiyyətin yolayrıcından sonra da qüvvədə olmasını göstərmək tələb olunduğu hallarda bu nişan milli qanunvericiliyə uyğun olaraq təkrarlana bilər. Məhkəmə X3 iştirakı ilə inzibati xətanın törədildiyi yerə baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, 3.27 (dayanma və durma qadağandır) yol nişanı ilə X3 avtomobili saxladığı yerin arasında olan “Сarayın çayxanası” deyilən yerə giiriş-çıxış vardır, yəni həmin yerdə yolayrıcı yoxdur, sadəcə çayxanaya (çayxananın həyətinə) giriş-çıxış mövcuddur. Yuxarıda istinad edilən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbindən isə göründüyü kimi, yola bitişik ərazilərdən yola çıxış yerlərində nişanlar qüvvəsini itirmir. Bununla yanaşı olaraq qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 5-ci bəndinin Vİ hissəsində və “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Qanununda təsbit edilmişdir ki, 3.27 nişanının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər və ya əks nişanın quraşdırıldığı yerədək şamil edilir. Məhkəmə tərəfindən hadisənin baş verdiyi yerə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 3.27 yol nişanının olduğu yerdən hadisənin baş verdiyi yerə kimi həmin istiqamətdə (Heydər Əliyev küçəsinin X5 məxsus olan avtomobilin park edildiyi istiqamətdə) yolayrıcı mövcud deyildir. Yalnız həmin ərazidə yerləşən müəssisələrə girişçıxış mövcuddur ki, həmin giriş-çıxış yolayrıcı hesab edilmədiyinə görə 3.27 yol nişanı öz qüvvəsini itirməmişdir. Belə olan halda, X6 avtomobili 3.27 nişanının təsiri altında olan ərazidə saxlamışdır. X3 MERCEDES BENZ E 220 CDİ minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sözügedən ərazidə saxlaması həm özünün məhkəmə iclaslarında izahat verərəkən etirafları, həm də iş materiallarında olan fotoşəkillər ilə tamamilə təsdiq olunur. Belə ki, yol polisi tərəfindən xüsusi texniki vasitə ilə çəkilən fotoşəkillərdə şikayətçiyə məxsus olan MERCEDES BENZ E 220 CDİ minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sözügedən yerdə park edildiyi aşkar görünür. Qeyd edildiyi kimi, şikayətçi öz izahatlarında avtomobili həmin yerdə saxladığını dəfələrlə etiraf etmişdir. O, məhkəmə iclasında izahatında yol polisi tərəfindən avtomobilin fotoşəkli çəkilən vaxt avtomobilin içərisində əyləşmiş vəziyyətdə olduğunu bildirsə də, bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, X6 idarə etdiyi MERCEDES BENZ E 220 CDİ minik markalı **-SE- *** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə şəhəri H.Əliyev prospektində dayanma və durma (3.27 nişanı) qadağan edilmiş ərazidə park etmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 şikayətinin dəlilləri məhkəmə araşdırması ilə tam olaraq təkzib edilir. Əksinə, məhkəmə araşdırması ilə Bərdə RPŞ-nin DYPB tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli, EQ 21997093 saylı inzibati tənbeh verilməsi haqqında qərarın qanuni və əsaslı olması müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə iclasında araşdırılan sübutlarla Namiq Hacıyevin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X9 RPŞ-nin DYPB tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli, EQ 21997093 saylı inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X3 Bərdə Rayon Polis X12 Polisi Bölməsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli, EQ 21997093 saylı inzibati tənbeh verilməsi haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar