Məhkəmə qərarları › İş №3(021)-746/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-746/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-746/2021 26.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X4 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs İnzibati xəta törətmiş şəxsin vəkili X2 Zərərçəkmiş şəxs X5 Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxx 1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bərdə şəhəri, Nüşabə küçəsi ev 44-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 1064/2021 saylı 07 aprel 2021-ci il tarixli icra vərəqəsinə əsasən X8 1300 manat aliment borcunu ödəməli olduğu halda icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli icra sənədinə əsasən X8 2 uşağın saxlanılması üçün hər ay hər uşağa görə 130 manat aliment ödəməlidir. X11 1300 manat aliment borcu vardır. Qeyd olunan borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Borcunu 10-15 günə tam ödəyə bilər. Borcunu ödəmədiyindən icra məmuru bu gün yəni 26 iyul 2021-ci ildə saat 0930-da saxlayaraq Bərdə Rayon Məhkəməsinə gətirmişdir. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərarına əsasən Şəxs hər ay hər uşağa görə 130 manat cəmi 260 manat məbləğində aliment tutularaq ona verilməlidir. Şəxs hazırkı vaxtadək ona 1300 manat məbləğində aliment borcu vardır. Sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay 2 uşağın saxlanılması üçün 260 manat məbləğində aliment tutularaq X8 verilməlidir. İcra sənədi onun icraatındadır. Hazırkı vaxtadək Şəxs 1300 manat məbləğində ödənilməmiş aliment borcu qalmış, borclu icra sənədinin icrasından boyun qaçırmışdır. Sonuncu 26 iyul 2021-ci ildə saat 0930 radələrində saxlanılaraq Bərdə Rayon Məhkəməsinə gətirilmişdir. Borclunun onun qanuni tələblərinə tabe olmadığını, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etmədiyini qeyd edərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(021)- 1064/2021 saylı icra vərəqəsinin surətindən müəyyən olunur ki, mülki işə mahiyyəti üzrə baxılanadək cavabdeh Şəxs 16.02.2021-ci il tarixdən başlayaraq 18 may 2011-ci ildə anadan olmuş X6 və 10 iyul 2014-cü ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda hər uşağa 130(bir yüz otuz) manat, cəmi 260(iki yüz altmış) manat miqdarında aliment alınaraq iddiaçı X8 verilməsi qərara alınmışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və icra məmurunin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 26 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli 2(021)-1064/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2 uşağın saxlanılması üçün hər ay tələbkar Ayşən Quliyevaya 260 manat aliment ödəməli olduğu halda, borclunu ödəməmiş, 1300 manat aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 26 iyul 2021-ci ildə saat 0930-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 26 iyul 2021-ci il tarixdən saat 0930-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 528.1, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 26 iyul 2021-ci il tarixdən saat 0930-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar