Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-746/2024 02.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, Şikayətçi “Kalyon RSY X2 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Alu Durdu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qarabağ Regional Şöbəsinin 20 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi “Kalyon RSY X2 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Alu Durdu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qarabağ regional şöbəsi tərəfindən barəsində tərtib edilmiş 20 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq şikayətin hansı səbəbdən Bərdə rayon məhkəməsinə verilməsi səbəbini müəyyən etməmişdir. Belə ki, şikayətdə qeyd edilən istehsalatda baş verən bədbəxt hadisənin və ya əmək qanunvericiliyin pozulmasının baş verdiyi yer Bərdə rayonu ərazisi deyil, şikayət verən filialın rəhbəri Ali Durdunun yaşadığı yerin və filialın hüquqi ünvanının Bərdə rayonu olmaması məlum olur. Belə ki, elektron sistemdən çıxarılmış məlumata və firma blankındakı ünvana əsasən “Kalyon RSY X2 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqi ünvanı ünvan 2riallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 3(005)-1042/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, bundan əvvəl barəsində inzibati tənbeh tətbiq edilmiş “Kalyon RSY X2 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Alu Durdunun DƏMX-in Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayətə həmin məhkəmə tərəfindən baxılaraq müvafiq qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki işə Bakı şəhər Nəsimi rayon Məhkəməsində baxılmalıdır. AR.İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə hesab edir ki, Şikayətçi “Kalyon RSY X2 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Alu Durdu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qarabağ Regional Şöbəsinin 20 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair müraciəti üzrə material ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi “Kalyon RSY X2 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Alu Durdu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qarabağ Regional Şöbəsinin 20 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi üzrə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-746/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-746/2024
02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver