Məhkəmə qərarları › İş №3(021)-747/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-747/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-747/2021 04.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, X2 iştirakı ilə, 19 fevral 1974-cü il tarixdə Bərdə rayonu, Hacıbəyli kəndində doğulmuş, orta təhsilli,fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Kəndində kəndində yaşayan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı 22 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı 22 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 22 iyul 2021-ci il tarixdə Vİ tağımın yol polisi polis leytenantı X5 tərəfindən Bakı Qazax Gürcüstan yolunun 47.5 km-də hərəkətdə olarkən idarə etdiyi Mersedes Benz E220 minik markalı 90 UC-431 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi barədə protokol tərtib edilmişdir. Həmin protokol əsassız olduğundan onun ləğv edilməsini xahiş məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə X9 Şöbəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə X9 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştiraçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilən şikayəti icraata götürərək baxmaq hazırda mümkün deyildir. Belə ki, mübahisələndirilən qərarın təqdim edilməməsi, inzibati xətaya dair işə baxılmasının nəticəsində hansı qərarın qəbul edilməsinin məlum olmaması, qanuniliyinin yoxlanılmasının mümkün olmaması inzibati xəta haqqında iş üzrə şikayətin icraata götürülməsini rədd edən hallardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məsələlər barəsində qərardad qəbul edilir. Odur ki, X2 özünün barəsində olan inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilə bilməz. Çünki qanunvericilik protokolda şikayət vermək üçü əsasları müəyyən etməmişdir. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldıraraq qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 26 iyul 2021-ci il tarixdə İXP ******* saylı protokoldan verdiyi şikayət geri qaytarılsın. X3 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldıraraq qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar