Məhkəmə qərarları › İş №3(021)-747/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-747/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-747/2023 02.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X3, Barəsində inzibati icraat aparılan X2 iştirakları ilə, 03 yanvar 1976-cı il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu Güloğlular kəndində yaşayan barəsində inzibati icraat X2 Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin 22 sentyabr 2022-ci il tarixli MN №1127527 saylı inzibati tənbeh etmə haqqında qərarından verdiyi şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin 22 sentyabr 2022-ci il tarixli MN №1127527 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X4 məhkəməyə şikayət verərək Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin 22 sentyabr 2022-ci il tarixli MN №1127527 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 izahat verərək bildirmişdir ki, sözügedən qərar ləğv edilməlidir. Belə ki, sözügedən protokol əassız yazılıb. Çünki araşdırılma birtərəfli və qərəzli şəkildə aparılmışdır. Göstərilənlərə əsasən də mübahisəli qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, protokol və qərar İnzibati Xətalar Məcəlləsinin normalarına uyğun tərtib edilmişdir. Belə ki, Azərbaycan Daxili İşlər Nazirliyi Bərdə rayon Polis Şöbəsi tərəfindən X5 Bölməsinə Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən ət satışı mağazasında heyvan mənşəli məhsulların baytarlıq ekspertizası aparılmadan satışı və istehlakı faktlarının aşkarlanması ilə bağlı 03 sentyabr 2022-ci il tarixli 31366 nömrəli məktub ünvanlanmışdır. Ünvanlanmış məktuba əsasən müəyyən edilmiş pozuntular Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində özəksini tapmışdır. Aşkar edilmiş qanun pozuntuları ilə bağlı 24 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə nəzərdə tutulması barədə xəbərdarlıq edilmişdir. Qeyd edilən qərar qanuni olduğundan onun dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin 22 sentyabr 2022-ci il tarixli MN №1127527 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən olunmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə müəyyən olundu ki, barəsində inzibati icraat aparılan X4 Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin 22 sentyabr 2022-ci il tarixli MN №1127527 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 29.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsinə əsasən heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Lakin, hazırki iş üzrə işin hallarının hərətəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədəcək dərəcədə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən olunmamışdır. Bundan başqa barəsində inzibati icraat aparılan şəxsin verdiyi şikayətdə yalnız “inzibati araşdırılmanın qərəzli aparılmas” qeyd edilmiş, qərarın ləğvinə əsas olan hallar ümumiyyətlə nəinki göstərilməmiş, məhkəmə iclas zalında da belə şikayətçi dəlillərini əsaslandıra bilməmişdir. Bundan başqa məhkəmə işin baxılması müddətini 15 gün müddətinə uzadaraq şikayətçi lazımi dəlillərini, heyvanların kəsimi zamanı baytarlıq xidmətində keçməsini təsdiq edən qəbzləri təqdim etməyi təklif etmiş, lakin şikayətçi həmin müddətdə yenə də əməlində inzibati xəta tərkibinin olmasını təkzib edən sübutlarını təqdim etməmişdir. Sübut etmə yükünün inzibati orqanda olması imperativ hal olduğundan, inzibati orqan tərəfindən vaxtında yoxlama aparılmış və heyvanların kəsilməsi zamanı baytarlıq qaydalarına şikayətçinin riayət etməməsi və nəticədə inzibati xətalar qanunvericiliyinin pozulması faktı təsdiqini tapdığından qərarın ləğvi üçün hər hansısa bir əsas mövcud deyildir. Belə olduğu halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin 22 sentyabr 2022-ci il tarixli MN №1127527 saylı inzibati tənbeh etmə haqqında qərar qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ Behbudov lmmir Maxsud oğlunun Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin 22 sentyabr 2022-ci il tarixli MN №1127527 saylı inzibati tənbeh etmə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin 22 sentyabr 2022-ci il tarixli MN №1127527 saylı inzibati tənbeh etmə haqqında qərarı dəyişdrilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar