Məhkəmə qərarları › İş №3(021)-748/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-748/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-748/2021 27.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X4 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs İnzibati xəta törətmiş şəxsin vəkili X5 Zərərçəkmiş şəxs X1 Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 iştirakı ilə xx xxx 1966-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bərdə rayonu Qullar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 3511/2019 saylı 30 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən X2 1 uşağın saxlanılması üçün hər ay 100 manat aliment ödəməli olduğu halda ödəməmiş, 1000 manat aliment borcunu ödəməkdən yayınmış, icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən X2 1 uşağın saxlanılması üçün hər ay 100 manat aliment ödəməlidir. X8 1000 manat aliment borcu vardır. Heç bir yerdə işləmir, fəhləliklə məşğul olur. Aliment borcunu ödəməyə imkanı yoxdur. Borcunu ödəmədiyindən icra məmuru bu gün yəni 27 iyul 2021-ci ildə saat 1000-da saxlayaraq Bərdə Rayon Məhkəməsinə gətirmişdir. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarına əsasən Şəxs hər ay bir uşağa görə 100 manat məbləğində aliment tutularaq ona verilməlidir. Şəxs hazırkı vaxtadək ona 1000 manat məbləğində aliment borcu vardır. Sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay 1 uşağın saxlanılması üçün 100 manat məbləğində aliment tutularaq X2 verilməlidir. İcra sənədi onun icraatındadır. Hazırkı vaxtadək Şəxs 1000 manat məbləğində ödənilməmiş aliment borcu qalmış, borclu icra sənədinin icrasından boyun qaçırmışdır. Sonuncu 27 iyul 2021-ci ildə saat 1000 radələrində saxlanılaraq Bərdə Rayon Məhkəməsinə gətirilmişdir. Borclunun onun qanuni tələblərinə tabe olmadığını, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etmədiyini qeyd edərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli 2(021)-3511/201 saylı icra vərəqəsinin surətindən müəyyən olunur ki, 23 may 2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs 03 sentyabr 2019-cu ildən başlayaraq hər ay 100(bir yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X2 verilməsi, cavabdeh Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və icra məmurunin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 27 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(021)-3511/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1 uşağın saxlanılması üçün hər ay tələbkar Pəri Abdullayevaya 100 manat aliment ödəməli olduğu halda, borclunu ödəməmiş, 1000 manat aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 27 iyul 2021-ci ildə saat 1000-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 27 iyul 2021-ci il tarixdən saat 1000-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 528.1, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 27 iyul 2021-ci il tarixdən saat 1000-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar