Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-75/2023 18.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X1 Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş 02 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİM: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 02 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 29 iyul 2022-ci ildə 60 manat cərimə olunmuş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta törətmiş şəxs Ağdam rayonu Papravənd kəndində qeydiyyatdadır. Bundan başqa Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyinin verdiyi 18 yanvar 2023-cü il tarixli 186 saylı məktubdan görünür ki, Ağdam rayon sakini Şəxs Bərdə rayonu ərazisində müvəqqəti qeydiyyatı barədə məlumat yoxdur. Göründüyü kimi, Şəxs 60 manat cərimə olunması barədə Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin 29 iyul 2022-ci il tarixli qərarını həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan yaşadığı Ağdam rayonu ərazisində icra etməməklə inzibati xətanı həmin rayonun ərazisində törətmişdir. Azərbaycan Respublikasının İXM-nin: 110.3-cü maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanının mərkəzi məlumat sisteminin məlumatları nəzərə alınmaqla bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə də baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında material İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə geri qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər material səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında tərtib olunmuş protokol və əlavə olunmuş materiallar Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, QƏRARVERDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan 02 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. X6
Məhkəmə qərarları › İş №3(021)-75/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-75/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver