Məhkəmə qərarları › İş №3(021)-752/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-752/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-752/2021 25.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 iyun 2021-ci il tarixli MN ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək , məhkəmə MÜƏYYƏN ETDİ : X4 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 iyun 2021-ci il tarixli MN ******* saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarından X2 verdyi şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 iyun 2021-ci il tarixli MN ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayət üzrə təqdim edilmiş materiallar natamamdır, şikayəti əsaslandıran sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər material səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Sadalananlara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 iyun 2021-ci il tarixli MN ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayət ona geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, QƏRAR VERDİM: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 iyun 2021-ci il tarixli MN ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayət ona qaytarılsın. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar