Məhkəmə qərarları › İş №3(021)-753/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-753/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-753/2021 26.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 22 aprel 2021-ci il tarixli EQ-6227327 və 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli İnzibati Xəta haqqında qərarlardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 22 aprel 2021-ci il tarixdə ona məxsus olan JACT 6 Minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax-Xocalı-Laçın yolunun 19 km-liyində hərəkətdə olan zaman yolda müəyyən edilmiş hərəkət sürətini 46 km/saat həddində aşmış, buna görə 22 aprel 2021-ci il tarixli EQ-6227327 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ilə Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə olunmuşdur. Həmçinin o, özünə məxsus idarə etdiyi avtomobili ilə Yevlax-Ağdam-Laçın yolunun 17-ci km-liyində yol nişanlarının tələblərinə riayət edilməməsi əsası ilə 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli inzibati xəta haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40(qırx) manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 həmin qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət verərək, Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 22 aprel 2021-ci il tarixli EQ-6227327 və 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli İnzibati Xəta haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 məxsus olan JACT 6 Minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 22 aprel 2021-ci il tarixli EQ-6227327 nömrəli inzibati xəta haqqında protokol tərib edilmişdir və ona qanunsuz olaraq cərimə edilmişdir. Saatda 80 km olan yerdə onun 106 km-lə radara düşüb. Bu minvalla ona 150 manat cərimə yazıblar. Bu məsələni aydınlaşdırmaq üçün 03 may 2021-ci il tarixdə Yevlax-Ağdam- Laçın yolu üzərində yerləşən Yol Patrul xidmətinin postuna müraciət edib. Ona qarşı qərəzli cərimənin hansı səbəblə yazıldığını soruşduqda, ona kobud cavab veriblər. Bunun üçün də o postdan çıxıb yoluna davam etdiyi zaman ona 03 may 2021-ci il tarixdə yenidən 40 manat məbləğində cərimə yazıblar. Odur ki, Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 22 aprel 2021-ci il tarixli EQ-6227327 və 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli inzibati xəta haqqında protokollarının ləğv edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəəmsinin 3(021)552/221 saylı 02.06.2021-ci il tarixli qərarı ilə X5 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bərdə rayon Məhkəməsinin 3(021)552/221 saylı 02.06.2021-ci il tarixli qərarından X5 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 3(104)287/2021 saylı 06.07.2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Bərdə rayon Məhkəməsinin 3(021)552/221 saylı 02.06.2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 İşlər Nazirliyi Baş X9 İdarəsinin 22 aprel 2021-ci il tarixli EQ-6227327 və 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli İnzibati Xəta haqqında qərarların ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə, iş materiallarını əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Materialdan məlum olur ki, X2 barəsində İXM-in 327.1 və 328.3-cü maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. İXM-in 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-yüz əlli manat məbləğində cərimə edilir. 22 aprel 2021-ci il tarixli EQ-6227327 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarında Eyruz Babayevin özünə məxsus olan JACT 6 Minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax-Xocalı-Laçın yolunun 19 km-liyində hərəkətdə olan zaman yolda müəyyən edilmiş hərəkət sürətini 46 km/saat həddində aşması qeyd edilmişdir. Halbuki, şikayətə əlavə edilmiş foto şəkillərdən görünür ki, Yevlax-Xocalı-Laçın yolunun 19 km-liyindəki sürət limiti 80 km/saat olmuşdur. Eləcə də avtomobilin hərəkət sürətinin ölçülməsi barədə kamera görüntüsü ilə təsdiq edilir ki, Eyruz Babayevin özünə məxsus olan JACT 6 Minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax-Xocalı-Laçın yolunun 19 km-liyində hərəkət sürəti 106 km/saat olmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, X2 Yevlax-Xocalı-Laçın yolunun 19 km-liyində hərəkət sürətini İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulduğu kimi 41-60 km/saat həddində aşması öz təsdiqini tapmır. Bundan başqa, İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Materialdan göründüyü kimi vəzifəli şəxs kamera görüntüsünə istinad edərək X4 Yevlax-Ağdam-Laçın yolunun 17-ci km-liyində yol nişanlarının tələblərinə riayət edilməməsi əsası ilə 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli inzibati xəta haqqında qərar ilə İXMin 327.1-ci maddəsi ilə təqsirli bilərək 40(qırx) manat məbləğində cərimə etmişdir. X7 Məhkəməsinin 3(104)287/2021 saylı 06.07.2021-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inizahatında bildirmişdir ki, o, 03 may 2021-ci il tarixdə barəsində tərtib edilmiş 22 aprel 2021-ci il tarixli qərarın səbəbini araşdırmaq məqsədilə polis idarəsinə getmişdir. Həmin "İnzibati xəta haqqında" qərardan görünür ki, E.Babayev yol nişanlarının tələblərinə riayət etməmişdir. Lakin məlum deyil ki, bu hansı yol nişanıdır, yol nişanının tələbi nədir, E.Babayev hansı hərəkəti və hərəkətsizliyi ilə bu yol nişanının tələbini pozmuşdur. Beləliklə məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetmədiyindən şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki şikayət təmin edilməli, Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 22 aprel 2021-ci il tarixli EQ-6227327 və 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli İnzibati Xəta haqqında qərarları ləğv edilməli, X5 barəsində İXM-in 328.3, 327.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 22 aprel 2021-ci il tarixli EQ-6227327 və 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli İnzibati Xəta haqqında qərarları ləğv edilsin. X5 barəsində İXM-in 328.3, 327.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar