Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-753/2024 25.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, X1 iştirakı ilə, X4 tərəfindən Baş X7 İdarəsinin 01 iyun 2024-cü il tarixli, №6543729 saylı qərarəndan verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: X4 məhkəməyə şikayət verərək, DYP-nin 01 iyun 2024-cü il tarixli, №6543729 saylı protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X4 şikayətini belə əsaslandırmışdır ki, 01 iyun 2024-cü il tarixdə mülkiyyətində olan Ford Tranzit yük markalı, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Bakı şəhəri Mikayıl Müşfiq küçəsi ilə hərəkətdə olarkən gözləmə işarəsinə əməl edərək yolunu davam etdirmək istəyərkən arxasınca DYP avtomaşını gələrək ona saxla işarəsi vermişdir. Avtomobilini saxladıqdan sonra DYP əməkdaşı bildirmişdir ki, "gözləmə işarəsinə əməl etməmisən". O, həmin yerdə nəzarət kamerasının quraşdırıldığını və kameralara baxsalar gözləmə işarəsinə əməl edərək yolunu davam etdiyini görə biləcəklərini bildirmişdir. Həmin yerdə quraşdırılmış kameralara baxış keçirilməsini xahiş etsə də, əhəmiyyət verməmişdir. Məhkəmə iclasında şikayətçi X4 bildirdi ki, ona cərimə yazılıb, lakin cərimənin əsaslı hesab etmir. Protokol Bakı şəhərində tərtib olunmuşdur. Həmçinin barəsində şikayət verdiyi qərarı təqdim edə bilmədiyini bildirdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətə baxaraq belə nəticəyə gəlir ki, X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 01 iyun 2024-cü il tarixli, №6543729 saylı qərarındam verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 01 iyun 2024-cü il tarixli, №6543729 saylı qərarının ləğv olunmasını xahiş etsə də, həmin qərarı şikayətinə əlavə etməmiş, məhkəmə iclasında da məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. X3 müvafiq protokolun qərarını əldə etdikdən sonra müddətin bərpası və qərarın ləğvi barədə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 01 iyun 2024-cü il tarixli, №6543729 saylı qərarından X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın . X3 müvafiq protokolun qərarını əldə etdikdən sonra müddətin bərpası və qərarın ləğvi barədə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-753/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-753/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver